İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLAR

İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARAralıq dənizi sahillərinin qədim mədəniyyət ənənələrinin ehtişamını müasir trendlər və innovativ yeniliklərlə birləşdirərək premium interyer həlləri təklif edən La Casa Dei Sogni şourumunun Bakıda açılış mərasimi keçirilib. 
Mərasimi giriş sözü ilə şourumun daxil olduğu distributor şirkətinin həmtəsisçisi Toğrul Məmmədli açıb: 
"La Casa Dei Sogni şourumunda sizin xəyalını qurduğunuz dizaynı gerçəkləşdirmək üçün 30-dan çox fərqli kataloqla dekorativ tətbiq üsulu və bu üsulların birləşməsindən əmələ gələn yüzlərlə tətbiq imkanları təklif edirik. Ümid edirəm ki, şourumda təqdim edilən xidmətlər və həllər sizin xəyallarınızı gerçəkləşdirməkdə yardım edəcək".
Daha sonra Renner şirkətinin nümayəndəsi Giovanni Ciafre və Moruzia Soverini, Valpaint şirkətinin nümayəndəsi Allesandro Galimberti və Andrea Zonca da Azərbaycanla əməkdaşlıqları barədə məlumat veriblər. 
Dünyada ilk dəfə mebel və dekorativ boyanı bir brend altında birləşdirirən La Casa Dei Sogni Şourumda boyalara dekorativ tekstur verməkdən ötrü İtaliya təbiətində tapılan müxtəlif mərmər, gips, gil və digər təbii minerallardan istifadə edilir. La Casa Dei Sogni şourumunun marketinq direktoru Müşfiq İskəndərov bildirib ki, şourumda təqdim olunan həllər Azərbaycanda bu istiqamətdə inqilabi yeniliyin başlanğıcıdır: 
"La Casa Dei Sogni şorumunun fəaliyyəti nəticəsində Azərbaycanda fərqli bir ənənənin yaranacağına əminik. İtaliya mədəniyyətini biz öz mənzilimizdə, yaşadığımız, olduğumuz yerdə hiss etmək, bu dəyərləri bir nöqtə ətrafında ümumiləşdirmək üçün La Casa Dei Sogni artıq Azərbaycandadır. Bu qüruru sizinlə paylaşmaqdan çox məmnunam".
Beynəlxalq qurumların, eyni zamanda, İtaliyanın müxtəlif keyfiyyət sertifikatlarına layiq görülən məhsullar dəfələrlə "Təbiətin dostu" sertifikatları ilə də təltif olunub. Eko-dayanıqlı prinsiplər əsasında fəaliyyət göstərən həmin şirkətlərdə istehsal edilən hər bir boyanın qablaşdırması 100%, məhsulları isə 30% təkrar emal edilən maddələrdən hazırlanır.
Qeyd edək ki, La Casa Dei Sogni İtaliyanın mebel boyası nəhənglərindən Renner, dekorativ boya sahəsinin öncüllərindən NovaColor və Valpaint kimi lider markaların distribütorluğunu həyata keçirir.  
Onu da qeyd edək ki, Şourumda təklif olunan həllərlə yaxından tanış olmaq üçün Ağ Şəhərdə 2-ci Yaşıl ada küçəsi 5 ünvanında yerləşən Şouruma baş çəkə yaxud 050 208 08 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARİtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARİtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARİtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARİtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARİtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARİtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARİtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLARİtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 30 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev

Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler xəbər az cəbhədən yeni xəbərlər