Jalə Əliyeva: "Dünya çempionu olduğum üçün çox sevinirəm"

Jalə Əliyeva: Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında qızıl medal qazanan Jalə Əliyeva (57 kq) vətənə qayıdıb.
Azərbaycan Güləş Federasiyasından KONKRET.az-a verilən məlumata görə, Azərbaycan qadın güləşi tarixində bu yaş qrupunda dünya çempionu olan ilk qadın güləşçimiz ünvanına sahib çıxan Əliyeva üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda brifinq keçirilib. Jurnalistlərin suallarını cavablandıran Jalə bunları deyib:
"Dünya çempionu olduğum üçün çox sevinirəm. Düzdür, bu, mənim ilk uğurum deyil. Ancaq ilk dəfədir dünya çempionu oluram. Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım.
Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu. Qarşılaşmaya çox yaxşı başlamışdım. Sonra o cəld olduğu üçün çox yoruldum. Amma yekunda qələbə qazana bildim.
Bundan sonrakı planlarım qarşıdan gələn yarışlara daha da yaxşı hazırlaşmaqdır. Avropa və dünya çempionatlarına, Olimpiya Oyunlarına hazırlaşmalıyam".
Qeyd edək ki, Jalə DÇ-də ukraynalı Alina Filipoviç (7:4), türkiyəli Sevim Akbaş (10:0), amerikalı Sofiya Makaluso (10:0) və yaponiyalı Ruka Natami (10:8) üzərində qələbə qazanıb.

İdman       Tarix: 27 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Report-a Azərbayca

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

"Sabah" Zinəddinlə yolları ayırdı

"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. KONKRET.azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib

"Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşm

Arsen Venger FIFA prezidenti ola bilər

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger FIFA prezidenti postuna namizəd olmaq ehtimalını nəzərdən keçirir. -a istinadən xəbər verir ki, hazırda FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışa

Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki

Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiəçi ötən gün Belçika ilə keçirilən oyunda (1:2) sarı vərəq

13-cü dəfə Avropa çempionu oldu

Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb. xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyind

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə novruz bayramı son.xeberler valyuta məzənnələri