"Jolly Joker" Bakıdakı yeni məkanı ilə sərhədlərini genişləndirir

Türkiyənin ən nüfuzlu sənətkarlarını Azərbaycandakı dinləyiciləri ilə bir araya gətirəcək "Jolly Joker Bakı" 20 aprel tarixindən etibarən qapılarını pərəstişkarların üzünə açacaq. İlk olaraq Yıldız Tilbe, Dolu Kadehi Ters Tut qrupu, Levent Yüksel, Yüzyüzeyken Konuşuruz qrupu, Gökhan Türkmen, Adamlar qrupu, Son Feci Bisiklet qrupu və İrem Derici kimi simalar paytaxt Bakının qonağı olacaq.
22 filialı ilə Türkiyənin ən böyük və ən prestijli konsert şəbəkəsi olan "Jolly Joker" brendi Azərbaycanda öz yeni filialını açır. Əvvəllər "Elektra Events Hall" kimi tanınan və hər kəs tərəfindən sevilən konsert zalı artıq "Jolly Joker Bakı" olaraq şəhərimizin əyləncə həyatına yeni bir nəfəs gətirəcək və 20 aprel tarixində Yıldız Tilbe konserti ilə fəaliyyətə başlayacaq.
"Jolly Joker Bakı" Səhnəsində İlk Olaraq Səhnə Alacaq Simalarla Görüşə Sayılı Günlər Qaldı
16 ildir yüksək keyfiyyət standartlarında tərtib edilmiş konsert məkanlarında ulduzlarla pərəstişkarlarını birləşdirən "Jolly Joker" geniş və fərqli kütlələri bir araya gətirərək Bakıdakı konsert məkanında Türk ulduzlardan başqa yerli və xarici sənətkarları da öz səhnəsində qonaq edəcək. 20 aprel Yıldız Tilbe, 21 aprel Dolu Kadehi Ters Tut qrupu, 27 aprel Levent Yüksel, 4 may Yüzyüzeyken Konuşuruz qrupu, 10 may Gökhan Türkmen, 11 may İrem Derici, 17 may Son Feci Bisiklet qrupu ve 1 iyun Adamlar qrupu  "Jolly Joker Bakı"da səhnə alacaq.
Jolly Joker Yeni Məkanı ilə Azərbaycanın Qəlbində
Azərbaycanın qəlbində "Jolly Joker Bakı"nı açmağın sevincini bölüşən "Jolly Joker"in İdarə Heyətinin üzvü Can Aydoğdunun sözlərinə görə "Jolly Joker"in qloballaşma yolundakı ilk addımı qardaş ölkə Azərbaycandan başlayır və yeni açılacaq məkanda "Jolly Joker Bakı" komandası hər zaman rəngarəng və yüksək standartlara cavab verəcək konsert və əyləncələr təşkil etməyə çalışacaq.
Rezervasiya və Ətraflı Məlumat üçün +994 50 700 70 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Konsert Biletlərini iTicket.az  vebsaytından  əldə edə bilərsiniz.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 04 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeber az xəbərlər.com son xeberler az