Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib 

Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib Rusiya Federasiyasının Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, Azərbaycan vətəndaşının səhhətində hər hansı problem yoxdur.
Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb.
***10:13
Xəbər verdiyimiz kimi, avqustun 22-də Kamçatkadakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolunu su yuyub aparması nəticəsində nəqliyyat vasitələri ilə təbiət mənzərəsini görməyə gələn turistlər xarici aləmdən təcrid olunublar. Kamçatka vulkanları" təbiət parkının ərazisində təcrid vəziyyətində qalanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub.
KONKRET.az xəbər verir ki, bu gün Dolivets turistlərin təxliyə olunduğunu bildirib.
"Fövqəladə Hallar Nazirliyinin helikopterini gözləyirik. 100-ə yaxın adam təxliyə olunur. Təşvişli gecə idi. Lakin sevimli ölkəmin sevimli vətəndaşlarının diqqəti məni çox təsirləndirdi. Azərbaycan – təşəkkür edirəm", – deyə o yazıb.

Hadisə       Tarix: 23 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeberler xəbərlər.com cəbhədən son xəbərlər 2026 xeberler bugun