Kanada mediasının xəbərlərini "Facebook" və "Instagram" istifadəçiləri OXUYA BİLMƏYƏCƏK
Kanada mediasının xəbərləri "Meta Corporation"a məxsus "Facebook" və "Instagram" sosial şəbəkələrinin istifadəçiləri üçün əlçatmaz olacaq.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Meta"nın bəyanatında deyilir.
Qeyd olunub ki, Kanada mediasının xəbərləri bu ölkənin bütün "Facebook" və "Instagram" istifadəçiləri üçün artıq mövcud olmayacaq.
Agentliyin məlumatına görə, Kanada Senatı yerli nəşrlərdən yayımlanan məzmuna görə ödəniş tələb edən qanunu təsdiqlədikdən sonra korporasiya belə bir qərar verib.
Qanun sənaye böhranı içində olan kanadalı jurnalistləri dəstəkləmək üçün nəzərdə tutulub.
Məlumata görə, 2008-ci ildən bəri ölkədə 450-dən çox media orqanı bağlanıb.
Daha əvvəl Baş nazir Castin Trüdo "Meta"nı məzmunun bloklanmasını sınaqdan keçirdiyinə görə tənqid edib.
İqbal Rzayev,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu