Kapital Bank BMT-nin Qlobal Sazişinə qoşuldu: dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq
Ölkənin birinci bankıKapital Bank Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Bumövzuda 5 noyabr 2024-cü il tarixində bankın İdarə Heyətinin sədri, Baş İcraçıdirektor Fərid Hüseynov və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəriSamir Məmmədov arasında memorandum imzalanıb.
Memorandum bankın dayanıqlıinkişaf istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasına vəbankın uzunmüddətli strategiyasının qlobal standartlara uyğun şəkildə inkişafetdirilməsinə şərait yaradacaq. Bu haqda Fərid Hüseynov çıxışında qeyd edib."Kapital Bank hər zaman insan hüquqlarının müdafiəsi, əmək standarlarınınqorunması, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəprinsiplərini öz fəaliyyətində əsas hesab edib. Bu gün imzaladığımızmemorandumla biz bu prinsiplərə bağlı olduğumuzu rəsmi olaraq da təsdiq edirik.Bizim üçün BMT-nin Qlobal Saziş şəbəkəsinə qoşulmaq yalnız bir öhdəlik deyil,həm də gündəlik fəaliyyətimizdə yaşatdığımız dəyərləri daha da möhkəmləndirməkməqsədi daşıyır".
Samir Məmmədov isəçıxışında Kapital Bank-ın qlobal təşəbbüslərdə iştirakını olduqca yüksəkqiymətləndirib. "Kapital Bank-ın bu prosesdə liderliyi həm ölkəmizdə, həm dəbeynəlxalq arenada dayanıqlı və məsuliyyətli bankçılıq standartlarınıntəbliğinə böyük töhfə verəcək. Bankınız bu əməkdaşlıqla beynəlxalq dəyərlərə vəməsuliyyətli iş prinsiplərinə sadiqliyini təsdiqləyir. Eyni zamanda bu addımAzərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı üçün olduqca vacibdir".
Yaşıl dünya naminə həmrəylikili və COP 29 iqlim konfransı ərəfəsində baş tutan bu əməkdaşlıq həm milli, həmdə qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq bankın rəqəmsallaşma,yaşıl bankçılıq, təhsilə dəstək və sosial məsuliyyət sahələrində dahagenişmiqyaslı layihələr həyata keçirməsinə imkan yaradacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞAHolding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçünsaytına,196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—,Birbank kartı sifarişi üçün —. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var