Kapital Bank-da məktəblilər üçün "Smart Money Talks" sessiyası təşkil edildi

Kapital Bank-da məktəblilər üçün Ölkənin birinci bankı Kapital Bank Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində məktəblilərin maliyyə savadlılığının artırılmasına yönəlmiş "Smart Money Talks" adlı maarifləndirici sessiya təşkil edib.
Dünyanın bir çox ölkəsində hər il keçirilən Qlobal Pul Həftəsi uşaqlar və gənclər arasında maliyyə savadlılığının artırılmasını hədəfləyən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüs gənclərin erkən yaşlardan pulun idarə olunması, maliyyə qərarlarının verilməsi və şəxsi maliyyə təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlar əldə etməsini təşviq edir.
Kapital Bank da bu təşəbbüsə qoşularaq təşkil etdiyi "Smart Money Talks" sessiyası ilə məktəblilərin maliyyə mövzularında ilkin biliklərinin formalaşmasına töhfə verib. Sessiya zamanı iştirakçılar pul və maliyyə anlayışları ilə tanış olub, şəxsi büdcənin idarə olunmasının əsas prinsiplərini öyrəniblər. Onlara qənaət, maliyyə planlaşdırması və düzgün maliyyə qərarlarının əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, gündəlik həyatda rast gəlinən maliyyə riskləri və fırıldaqçılıq halları barədə maarifləndirici məlumatlar təqdim olunub.
Elm və Təhsil Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə baş tutan tədbirdə Bakı şəhərində yerləşən 34, 35, 36, 164 nömrəli tam orta ümumtəhsil məktəblərinin və 246 nömrəli məktəb-liseyin 5-8-ci sinif şagirdləri iştirak ediblər. Ümumilikdə 50 şagirdin qoşulduğu sessiya interaktiv formatda təşkil olunub. Kapital Bank gənc nəslin maliyyə savadlılığının artırılması istiqamətində təşəbbüslərini davam etdirməyi planlaşdırır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – .  / azxeber.com

İqtisadiyyat       Tarix: 19 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe zelzele valyuta