Kapital Bank-dan qızların təhsilinə dəstək: "Arzumuz var" sloqanı ilə təqaüd proqramına start verilir
Ölkənin birincibankı Kapital Bank korporativ sosial məsuliyyət sahəsində daha bir addım ataraqhəssas qrupdan olan qızların təhsilinə dəstək göstərmək məqsədilə yeni təqaüdproqramına start verib. Proqram ötən gün Kapital Bank və AzərbaycanRespublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyata keçiriləcək.
Qızların təhsilimkanlarının artırılması, onların cəmiyyətdə sosial aktivliyiningücləndirilməsi və gələcək inkişaflarına dəstək məqsədi daşıyan memorandumuKapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov vəAzərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova imzalayıb.
Tədbirdə çıxışedən Fərid Hüseynov Kapital Bank-ın təhsilə dəstək verərməklə bazarda ixtisaslıvə peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini vurğulayıb. O qeyd edibki, bu kadrlar arasında qızların olması olduqca qürurvericidir: "Qızlarıntəhsilinə dəstək ölkəmiz və region üçün vacib bir mövzudur. Biz bilirik ki,bəzi regionlarda qızların təhsilinə mane olan sosial və iqtisadi baryerlər var.Kapital Bank olaraq bu çətinliklərin öhdəsindən gəlməkdə və qızlarımızın dahagüclü, müstəqil fərdlər kimi formalaşmasında həyata keçirdiyiniz layihələrdə sizinyanınızda olmaqdan məmnunuq".
Ailə, Qadın vəUşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxışında buəməkdaşlığın cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: "Dövlət və özəlsektorun tərəfdaşlığı, xüsusilə qızların təhsilində bərabər imkanlarınyaradılmasına böyük töhfə verir. 2021-ci ildən başlayaraq qızların təhsilinədəstək məqsədilə Komitənin həyata keçirdiyi layihələr ictimaiyyət arasındaxüsusi maraq doğurur və geniş vüsət alır. İnanıram ki, bu layihə də onlarıngələcək uğurlarına vəsilə olacaq".
Qeyd edək ki,"Arzumuz var" sloqanı ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində ilkmərhələdə paytaxt Bakı və bölgələrdən olan 15 nəfər abituriyentə dəstək göstəriləcək.
Kapital Bank vəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qurulan butərəfdaşlıq, həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiyaqoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı roloynayan fərdlərə çevrilməsinə imkan yaradacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir vəAzərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi iləmüştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflıməlumat almaq üçünsaytına,196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—,Birbank kartı sifarişi üçün —. / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var