Kapital Bank "iSpring Learn" qlobal platformasını uğurla tətbiq edir

Kapital Bank 2020-ci il əksər biznes sahələri üçün böyük sınaq ili oldu. Bu sınaqlardan uğurla çıxan şirkətlər pandemiyanın gətirdiyi məhdudiyyətləri təhlükə kimi deyil, fürsət kimi qiymətləndirə bildilər. Biznes proseslərdə daim çevik yanaşmalar edən Kapital Bank öz təlim və inkişaf fəaliyyətlərini bu məhdudiyyətlər səbəbindən sadəcə "Zoom" platformasına keçirməklə kifayətlənmədi. Əməkdaşların davamlı inkişafına imkan yaradacaq bir sıra yeniliklərlə yanaşı "iSpring Learn" platformasının bank üzrə istifadəsinə başladı.
"iSpring Learn" platforması qlobal onlayn öyrənmə portalıdır və 100-dən artıq şirkət tərəfindən fərdi qaydada istifadə olunur. Əməkdaşlar platformanı həm kompüterdən, həm də mobil tətbiq vasitəsilə istənilən vaxt, istənilən məkandan öz inkişafları üçün istifadə edə bilirlər. Kapital Bank-ın sifarişi ilə yerli təlim şirkətləri, həmçinin Türkiyə və Rusiya ekspertləri ilə platforma üçün çoxsaylı onlayn təlim və videolar hazırlanıb.
"Artıq 1 ildir ki, Kapital Bank "iSpring Learn" platformasından fəal istifadə edir. Əməkdaşlarımız tərəfindən müxtəlif mövzularda məqalələr, videolar platformaya mütəmadi olaraq yüklənir. Yeni elektron kursların hazırlanması üçün bankın əməkdaşları xüsusi sertifikasiya proqramını tamamlayıb və "iSpring Suite" proqramından istifadə edərək elektron təlimlər yarada bilirlər. Platforma tam olaraq Azərbaycan dilinə tərcümə edilib ki, bu da istifadəçilər üçün rahat naviqasiya imkanı yaradır. Platforma vasitəsilə əməkdaşlar həmçinin canlı "Zoom" seminarlarına və öz təqvimlərinə nəzarət edə, iştirak edə bilmədiyi sessiyaların video yazılarına sonradan baxa bilərlər", — deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirdi.
Qeyd edək ki, Kapital Bank #ÖyrənənBank çağırışına uyğun olaraq bundan sonra da hibrid yanaşmaları davam etdirəcək, əməkdaşların davamlı inkişafı üçün həm üzbəüz, həm də onlayn istiqamətdə fəaliyyətlərini genişləndirəcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

İqtisadiyyat       Tarix: 01 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlay

"Marsol Zəfər Kuboku"nun qalibi bəlli oldu: "Birbank Biznes" 5-ci dəfə çempion oldu - FOTOLAR

4 noyabr tarixində Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Techno Shop" şirkətinin baş sponsorluğu "Inch Mark" və "Sonifer" şirkətinin sponsorluğ

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az hava haqqinda qurban bayrami 2026 xəbərlər