Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Ölkənin birinci bankı Kapital Bank-ın brendi olan Birbank Biznes-in rəsmi tərəfdaşlığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yekunlaşıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə baş tutan sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim edib.
Bankın 7-ci dəfə dəstək olduğu sərgi yerli bizneslərin tanıdılması, yeni əməkdaşlıqların qurulması və bazara çıxış imkanlarının genişləndirilməsi baxımından ölkənin ən böyük biznes platformalarından biridir. Tədbir çərçivəsində keçirilən şirkətlərarası işgüzar görüşlər və dövlət qurumlarının nümayəndələri ilə təşkil olunan görüşlər iştirakçılara yeni əməkdaşlıqlar qurmaq, biznes əlaqələrini genişləndirmək və mövcud imkanlarla daha yaxından tanış olmaq imkanı yaradıb.
Sərginin yekunlarına münasibət bildirən Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə qeyd edib ki, sahibkarların inkişafı üçün maliyyə həlləri ilə yanaşı, onların yeni əlaqələr qurmasına, təcrübə mübadiləsi aparmasına və məhsul-xidmətlərini daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradan platformaların olması da vacibdir. O, Yerli Şirkətlərin Tanıtım Sərgisini bizneslər arasında əməkdaşlığın inkişafına töhfə verən uğurlu təşəbbüslərdən biri adlandırıb.
Qeyd edək ki, Birbank Biznes hazırda 200 mindən çox sahibkara xidmət göstərilir. Platforma sahibkarların gündəlik fəaliyyətini asanlaşdıran rəqəmsal həllərlə yanaşı, onların inkişafına, yeni əməkdaşlıqlar qurmasına və biznes imkanlarını genişləndirməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu