Kapital Bank "SIBOS 2024" beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı

Kapital Bank 21-24 oktyabr 2024-cü il tarixlərində Pekində baş tutan "SIBOS 2024" beynəlxalq sərgisi yekunlaşdı. Dünya maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirən sərgi  gələcək maliyyə trendlərinin müzakirə olunduğu mühüm platforma oldu. Ölkənin birinci bankı Kapital Bank, keçdiyi rəqəmsal transformasiya yolunu və tətbiq etdiyi innovativ həlləri təqdim edərək sərgidə iştirakını uğurla tamamladı.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dünya maliyyə nəhəngləri ilə keçirilən strateji görüşlərdə iştirak edərək rəqəmsallaşma və maliyyə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə etdi. Bu görüşlər bank üçün yalnız mövcud müxbir əlaqələrin gücləndirilməsi deyil, eyni zamanda yeni bazar imkanlarının dəyərləndirilməsi baxımından da əhəmiyyətli oldu. Daha bir vacib məqam isə Fərid Hüseynovun beynəlxalq mətbuata verdiyi müsahibə oldu. Müsahibədə Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsal transformasiya, yeniliklər və gələcək inkişaf perspektivləri haqqında geniş məlumat verildi.
Tədbir çərçivəsində Kapital Bank-ın stendində yüzlərlə ziyarətçi bankın fəaliyyət sahələri ilə tanış olaraq Azərbaycandakı bankçılıq təcrübəsi, rəqəmsal transformasiya addımları və innovativ həllər haqqında məlumat aldı. Ölkəmizin sahib olduğu milli mənəvi dəyərləri beynəlxalq arenda tanıtmaq məqsədilə ziyarətçilərə milli atributlarla zəngin xüsusi hədiyyələr təqdim olundu.
Kapital Bank üçün "SIBOS 2024" beynəlxalq maliyyə icmasına dərin inteqrasiya, yeni tərəfdaşlıqlar və innovativ həllərin beynəlxalq arenada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Qlobal maliyyə bazarının inkişafına yön verən bu tədbirdə iştirak etmək bankın uzunmüddətli strategiyasında irəliyə atılmış əhəmiyyətli addımlardan biridir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- , Birbank kartı sifarişi üçün -  / azxeber.com

İqtisadiyyat       Tarix: 24 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler xeber saytlari idman xeberleri cəbhədən görüntülər