"Kapital Bank"ın sədri "Yüksəliş" qalibləri ilə mentorluğa başladı
"Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca beşinci "Yüksəliş" müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk görüşünü keçirib. Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki qalibinin – Fərid Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi inkişaf planına dəstək verəcək.
Keçirilən tanışlıq görüşündə Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva və həmin departamentin Təşkilati öyrənmə və istedadların inkişafı şöbəsinin müdiri Tükəzban Qasımova da iştirak ediblər. Görüş zamanı qaliblərin gələcək karyera hədəfləri, idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və qarşıdakı bir il ərzində həyata keçiriləcək birgə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və 5 mərhələdən ibarət olan "Yüksəliş" müsabiqəsinin beşinci mövsümündə 124 finalçı arasından ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Qaydalara əsasən, qaliblər idarəçi rəhbərlər (mentorlar) tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq pul mükafatı əldə edirlər.
Dördüncü mövsümün uğurlu yekunu
Daim gənc istedadların və peşəkar kadrların inkişafına töhfə verən Fərid Hüseynov, eyni zamanda Mentorluq Proqramı çərçivəsində dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə son görüşünü keçirərək bir illik fəaliyyəti yekunlaşdırıb.
Yekun görüşdə proqramın ümumi nəticələri müzakirə olunub, iştirakçının keçdiyi inkişaf yolu, əldə etdiyi bilik və idarəçilik təcrübələri qiymətləndirilib. Həmçinin, Elnur Abdullazadənin gələcək hədəfləri dinlənilib və qazanılmış təcrübənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, Fərid Hüseynov görüş haqqında təsüratlarını öz sosial media kanalında paylaşıb: "Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Elnur Abdullazadəni bu proqram çərçivəsində yaxından tanıdığıma və inkişafına şahidlik etdiyimə çox şadam. Mentorluq proqramı rəsmən bitsə də Elnurun hədəflərinə gedən yolda hələ qarşıda çox böyük uğurlar var. Əminəm ki, peşəkar müstəvidə hələ tez-tez görüşəcəyik. Yolun açıq olsun".
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb