Kart ödənişlərində yeni limitlər qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert AÇIQLADI
Bu gündən etibarən ölkədaxili kart ödənişləri üzrə tətbiq edilən interçeync (xidmət haqqı) tariflərinin yuxarı həddi müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, aptek və supermarketlərdə aparılan ödənişlər üzrə limit 1,25 faiz, yanacaqdoldurma məntəqələrində 0,75 faiz, ümumi kateqoriyaya aid ödənişlərdə isə 1,5 faiz təşkil edəcək.
Digər MCC kodları üzrə kart ödənişlərində interçeync tariflərinin yuxarı həddi müəyyən olunmayıb.
İqtisadçı Natiq Cəfərli azxeber.com-a açıqlamasında deyib ki, Xərclərin azalması məhsul və xidmətlərin qiymətlərinə müsbət təsir göstərəcək:
"Əvvəllər interçeync (interchange) haqları daha yüksək, bəzi hallarda isə 2 faizdən də artıq idi. Yeni qaydalar əsasən biznes subyektlərinə aiddir və bu tariflərin aşağı salınması sahibkarların xərclərinin azalmasına səbəb olacaq.
Xərclərin azalması isə məhsul və xidmətlərin qiymətlərinə müsbət təsir göstərə bilər. Nəticədə bəzi satış nöqtələrinin qiymətləri endirməsi ehtimalı yaranır".
O qeyd edib ki, yeni qayda nagdsız ödənişlərin yayılmasına səbəb olacaq:
"Bundan əlavə, interçeync haqlarının azalması sahibkarların kartla ödənişlərə daha müsbət yanaşmasına şərait yaradacaq. Bu da nağdsız ödənişlərin genişlənməsinə və kart qəbul edən ticarət obyektlərinin sayının artmasına təkan verə bilər".
Şahanə Ziyad

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu