Kenan Yıldızın Yuventusdan istədiyi maaş gündəm oldu
Yuventus klubunda türk əsilli gənc futbolçu Kenan Yıldızla bağlı maaş məsələsi gündəmdə qalmağa davam edir. 19 yaşlı hücumçunun müqaviləsi 2029-cu ilə qədər qüvvədə olsa da, tərəflər arasında maaş artımı ilə bağlı hələ də razılaşma əldə olunmayıb.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Kenan Yıldızın illik 6 milyon avro maaş tələb etdiyi, Yuventus rəhbərliyinin isə futbolçuya 5 milyon avro təklif etməyə hazırlaşdığı bildirilir. Bu fərq səbəbindən danışıqlar yavaş irəliləyir və vəziyyət qeyri-müəyyən olaraq qalır.
Kenan Yıldız hal-hazırda Yuventusdan 1.7 milyon avro qazanır. Gənc futbolçu indiyədək bütün turnirlər üzrə 98 oyunda 19 qol vurub və 15 qolun ötürməsini verib – ümumilikdə 34 qolda pay sahibi olub. Bu çıxışı ilə həm Yuventusun, həm də Avropanın böyük klublarının diqqətini çəkib.
Xəbərə görə, Kenan komandanın digər ulduzu Conatan Davidin illik 6 milyon avro maaş almasını misal göstərərək eyni səviyyədə əməkhaqqı istəyir.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA