KİV: İkinci Dünya müharibəsindən sonra ABŞ-dan ən çox yardım alan ölkə Ukrayna oldu
İkinci Dünya müharibəsindən sonra ABŞ-dan ən çox yardım alan ölkə Ukrayna olub.
KONKRET.azxəbər verir ki, bu barədə "The Washington Post" nəşri Pentaqonun və ABŞ Dövlət Departamentinin rəsmi məlumatlarına istinadən yazıb.
Nəşrin yazdığına görə, Rusiyanın Ukraynaya qarşı ötən ilin fevral ayından etibarən müharibəyə başlamasından sonra Vaşinqton Kiyevə 66.2 milyard dollardan çox yardım edib və bunun 43 milyard dollarından çox hissəsi birbaşa hərbi yardımdır.
ABŞ Ukraynaya təxminən 23.5 milyard dollar dəyərində Pentaqona məxsus hərbi texnika göndərib, bu ölkəyə dəstək olmaq və silah istehsalını maliyyələşdirmək üçün 18 milyard dollarlıq uzunmüddətli öhdəliklər götürüb, Qərb ölkələrindən silahların alınıb Kiyevə göndərilməsi üçün 1.5 milyard dollar subsidiya ayırıb.
Həmçinin bildirilib ki, ABŞ Ukraynaya təxminən 20.5 milyard dollar dəyərində iqtisadi yardım və 2.6 milyard dollarlıq humanitar yardım göndərib.
Ukraynaya yardımın məbləği ABŞ-ın 1.77 trilyon dollarlıq hərbi büdcəsi ilə nisbətdə kiçik görünsə də, Vaşinqtonun digər müttəfiq ölkələrə maliyyə dəstəyi ilə müqayisədə ciddi rəqəmlərdir.
Müqayisə üçün qeyd olunub ki, ABŞ ötən il və bu il İsrailə 8.6 milyard, Misirə 3.3 milyard, İordaniyaya 2.9 milyard dollar vəsait göndərib.

Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək