KOB Dostu ofisləri yenidən sahibkarların xidmətindədir

KOB Dostu ofisləri yenidən sahibkarların xidmətindədirMayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" ofislərində mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətlərin göstərilməsinə başlanılıb.
Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, sahibkarların "KOB Dostu" ofislərinə müraciəti zamanı "KOB könüllüləri" Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmasına nəzarət edirlər.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən KOB dostları isə sahibkarlara göstərilən dəstək və xidmətləri onlayn formada davam etdirirlər.
Qeyd edək ki, "KOB Dostu" mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara başlıca dəstək mexanizmlərindən olmaqla, Agentliyin ölkə regionlarındakı nümayəndələridir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 22 KOB Dostu tərəfindən sahibkarlara informasiya, məsləhət, əlaqələndirmə, təlim-tədris, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara çıxışın yaxşılaşdırılması və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Xüsusi karantin rejimində KOB dostları sahibkarlara onlayn xidmətlər göstərir. KOB Dostu şəbəkəsi vasitəsilə ölkənin bütün inzibati rayonları əhatə olunmaqla koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan sahibkarların dövlətin maliyyə-iqtisadi dəstək mexanizmləri barədə məlumatlandırılması və suallarının cavablandırılması üçün 10 minə yaxın sahibkarlıq subyektinin iştirakı ilə onlayn tədbirlər təşkil olunub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 10 may 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı

STEP Young: Semaqlutid əsaslı innovativpreparatı piylənmə ilə yaşayan 6–11 yaşlı uşaqların təxminən 80%-də bədən kütləindeksini ən azı 10% azaldıb. Novo 6–11 yaşlı uşaqlarda piylənmənin müalicəsi üzrə STEP Young tədqiqatını

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR

ADA Universiteti və "Bank of Baku"nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir

Hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradan Birbank xüsusi kredit kampaniyasına start verib. 12–30 noyabr tarixlərində davam edəcək kampaniya çərçivəsində hərbçilər 50 00 AZN-də

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşıb. xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketlər

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər apa.az xeberler valyuta mezennesi banklar xeberler azerbaycan