KOBİA nümayəndə heyəti "Veysəloğlu"na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib - FOTO

KOBİA nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları Məhəmmədi qəsəbəsində yerləşən Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) məxsus Logistika Mərkəzində olublar. Ziyarət çərçivəsində qonaqlar VŞQ-nin təsisçisi və İdarə Heyətinin sədri Aydın Talıbov və Qrupa aid olan biznes subyektlərinin rəhbərləri ilə birlikdə Logistik Mərkəzin iş fəaliyyəti ilə yaxından tanış olublar. İnfotur çərçivəsində KOBİA üzvlərinə pərakəndə sektoru əhatə edən tədarük zəncirinin necə həyata keçirilməsi ilə bağlı dolğun məlumat verilib, bəzi əməliyyatların icrası canlı nümayiş edilib.
KOBİA nümayəndələri  Logistika Mərkəzinin yerləşdiyi ərazidə fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupuna məxsus "Xonça" istehsalat fabrikinin iş fəaliyyəti ilə də yaxından tanış olublar.
Ardınca nümayəndə heyətlərinin iştirakı ilə tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb. Aydın Talıbov qonaqlara Veysəloğlu Şirkətlər Qrupu və ona aid olan biznes subyektləri, eləcə də, pərakəndə sektorun mərkəzi dağıtım sistemlərinin fəaliyyətinin kiçik və orta sahibkarların inkişafına necə dəstək verməsi ilə bağlı prosesi ətraflı izah edib. 
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov da mövzu ilə bağlı fikirlərini bildirib, pərakəndə sektorun kiçik və orta sahibkarlara dəstək olmasının zəruriliyini vurğulayıb. Qərara gəlinib ki, kiçik və orta sahibkarların pərakəndə sektor nümayəndələri ilə görüşlərinin daha da intensivləşməsi, bu sahədə olan çətinliklərin həlli istiqamətində lazımi addımların atılması məqsədəuyğundur. Həmçinin tərəflərin iştirakı ilə birgə Forumun keçirilməsi ilə bağlı da ilkin razılıq əldə olunub. 
Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müşavir İlqar Nuri "Araz" və "OBA" marketlər şəbəkələrinin kiçik və orta sahibkarlara verdiyi dəstək və bundan doğan nəticələrlə bağlı ətraflı video təqdimat edib.
Qafqazın ən böyük logistika mərkəzlərindən biri olan  Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məhəmmədi Logistika Mərkəzinin təməli 2017-ci ildə qoyulub. Mərkəz həm Keyfiyyət idarəetmə, həm də Əməyin mühafizəsi üzrə beynəlxalq İSO 9001 standartlarına layiq görülüb. Logistika Mərkəzi  22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Anbar gündəlik 6000 palet mal qəbul edir və 4000 mağazaya məhsul təminatını həyata keçirir.
Logistika mərkəzində həmçinin soyutma sistemləri, dondurucu və soyuducularla təchiz olunan soyuq anbar da fəaliyyət göstərir. Müasir texnologiya və innovativ üsullarla hazırlanmış xüsusi soyutma sistemli daşınma nəqliyyat vasitələri ilə qida məhsulları soyuq zəncir prinsipi qorunmaqla satış nöqtələrinə çatdırır.
Logistika Mərkəzinin yerləşdiyi ərazidə Veysəloğlu Şirkətlər Qrupuna məxsus "Xonça" istehsalat fabriki də fəaliyyət göstərir. "Xonça" beynəlxalq standartlara uyğun qurulub və müştərilərə 200-dən çox məhsul çeşidi təqdim edir. Fabriki Qafqazın ən böyük şirniyyat istehsal məntəqələrindən biridir və burada aylıq 1000 tondan çox məhsul istehsal edilir. Fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, tortlar və digər şirniyyat və un məmulatları istehsal olunur. 
Logistika Mərkəzi və "Xonça"da ümumilikdə 3000 nəfər əməkdaş çalışır.
KOBİA nümayəndə heyəti KOBİA nümayəndə heyəti KOBİA nümayəndə heyəti KOBİA nümayəndə heyəti KOBİA nümayəndə heyəti KOBİA nümayəndə heyəti / azxeber.com

Sosial       Tarix: 15 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd


azerbaycan xeberleri yeni xeberler son xeberler sou biznes son.xabar sonxabar az valyuta mezennesi 2026