Kolleclərə qəbulda bu ixtisas ləğv edildi — Səbəb

Kolleclərə qəbulda bu ixtisas ləğv edildi — SəbəbNazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, növbəti tədris ilindən etibarən 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində fiziki tərbiyə istiqaməti üzrə kadr hazırlığı aparılmayacaq. 
azxeber.com xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev 
Demokrat.az-a açıqlama verib.
O deyib ki,  son qərarla bağlı yanaşma, ümumilikdə təhsil sistemində ixtisaslaşmanın daha səmərəli və məqsədyönlü şəkildə aparılması baxımından diqqətəlayiqdir:
"Dövlət İmtahan Mərkəzinin Nazirlər Kabinetinin qərarına uyğun olaraq 9 və 11 illik təhsil bazasından kolleclərə fiziki tərbiyə müəllimliyi üzrə plan yerlərinin ayrılmaması, sistemdə uzun müddətdir müşahidə olunan bir sıra problemlərin aradan qaldırılması istiqamətində atılmış addım kimi qiymətləndirilir. Mövcud vəziyyət göstərirdi ki, orta ixtisas təhsili müəssisələrində bu ixtisas üzrə oxuyan tələbələrin bir qismi subbakalavr dərəcəsi alsalar da, ali təhsil müəssisələrinə keçid imkanları kifayət qədər məhdud idi. Xüsusilə 5-ci ixtisas qrupunda rəqabətin yüksək olması səbəbindən bu kateqoriyadan olan məzunlar çox vaxt müsabiqədə üstünlük qazana bilmirdilər. Nəticədə, bir qisim tələbə iki illik təhsildən sonra əmək bazarında və ya təhsil davamlılığında gözlənilən nəticəni əldə edə bilmirdi. Bu baxımdan qəbul edilən qərar, təhsil pillələri arasında daha aydın və funksional keçid mexanizminin formalaşdırılması kimi dəyərləndirilə bilər. Eyni yanaşma əvvəllər ibtidai sinif müəllimliyi ixtisasında da tətbiq olunmuşdu. Həmin ixtisas üzrə kolleclərdə hazırlıq dayandırılmış, səbəb kimi isə subbakalavr məzunlarının ali təhsilə keçid imkanlarının məhdudluğu göstərilmişdi. Bu da sistemin daha rasional şəkildə yenilənməsi tendensiyasının davamı kimi görünür. Ümumilikdə pedaqoji ixtisasların yalnız ali təhsil pilləsində tədrisi ideyası, müəllim peşəsinin sosial və peşəkar məsuliyyətinə uyğun yanaşma kimi qiymətləndirilir. Çünki müəllimlik yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaq funksiyası daşıyır. Bu səbəbdən bu sahədə təhsil alan şəxslərin daha dərin akademik hazırlıqdan keçməsi vacib sayılır".
O bildirib ki, beynəlxalq təcrübəyə baxıldıqda da, xüsusilə Sinqapur kimi yüksək təhsil göstəricilərinə malik ölkələrdə müəllimlik ixtisaslarına qəbul zamanı yüksək bal və ciddi seçim meyarları tətbiq olunur:
"Bu model göstərir ki, müəllimlik peşəsinin prestijinin artırılması birbaşa təhsilin keyfiyyətinə təsir edir. Digər tərəfdən, pedaqoji ixtisaslara qəbul ballarının aşağı olması məsələsi də müzakirə mövzusudur. Bu hal bəzi hallarda ixtisasa marağın keyfiyyət deyil, kəmiyyət üzərindən formalaşmasına səbəb ola bilir. Nəticədə isə təhsil sisteminə daxil olan kadrların hazırlıq səviyyəsində fərqliliklər yaranır. Son illərdə həyata keçirilən islahatlar ikinci ali təhsildə pedaqoji ixtisasların ləğvi, qiyabi təhsil formasının dayandırılması və kolleclərdə bəzi pedaqoji ixtisasların bağlanması ümumilikdə bu sahədə keyfiyyətin artırılması istiqamətində atılan addımlar kimi qiymətləndirilir. Bu dəyişikliklər pedaqoji kadr hazırlığında daha sistemli və vahid standartların tətbiqinə şərait yaradır. Nəticə etibarilə, pedaqoji ixtisasların yalnız ali təhsil müəssisələrində cəmləşdirilməsi və qəbul meyarlarının daha da sərtləşdirilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərə biləcək bir yanaşma kimi görünür. Bu, gələcəkdə müəllimlərin peşə hazırlığının yüksəlməsinə və təhsil sisteminin ümumi səviyyəsinin daha da güclənməsinə xidmət edə bilər".

Sosial       Tarix: 09 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava