"Komandamızın müdafiəsindən 50 faiz razı qaldım"

"Komandamızın hücumundan tam, müdafiəsindən isə 50 faiz razı qaldım".
KONKRET.azxəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda İsveç yığmasına 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis komandasının qələbə üçün əlindən gələni etdiyini vurğulayıb: "Bildiyimiz kimi güclü komandaya qarşı oynadıq. Matça hücumla başladıq. Təəssüf ki, hücumları qolla nəticələndirə bilmədik. Sonra oyun müdafiəyə keçdi. Müdafiəçilərimiz rəqibin qollarını dəf etmək üçün çox çalışdılar. Hücumçularımız da qol vurmaq üçün şans axtarırdılar. Fikrimcə ikinci hissədə daha yaxşı oynadıq. Təlim-məşq toplanışında verdiyim tapşırıqları oyunçular yerinə yetirirdilər. Hətta hesab 3:0 olanda belə ruhdan düşmədilər. Bir qol vuraraq hesabı 3:1 etdilər. Bunu da nəzərə almaq lazımdır ki, statistikaya əsasən, Azərbaycan 4, rəqib isə 20 səhvə yol verdi".
Portuqaliyalı məşqçi qapıçı Mehdi Cənnətovun çıxışını da dəyərləndirib: "Onun performansından razı qaldım. Düşünürəm ki, milli komandada yaxşı debüt etdi".
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

İdman       Tarix: 06 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta sosial yardim krminal bu gun en sonxeber