"Konstitusiya" Araşdırmalar Fondunda məhkumlara hüquqi yardım göstərilib — FOTOLAR
"Konstitusiya" Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən "Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım" layihəsi çərçivəsində 14 müəssisədə monitorinq keçirilib.
azxeber.com xəbər verir ki, layihənin əsas məqsədi, məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir.
Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım" layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Layihə çərçivəsində ümumilikdə 382 məhkuma hüquqi məsləhətlər verilib, onlar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılıb, həmçinin apelyasiya şikayətləri yazılıb.
Layihə çərçivəsində, həmçinin, cəzaçəkmə müəssisələrində monitorinqlər aparılıb. Ümumilikdə, 14 belə monitorinqlər keçirilib. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və mövcud çətinliklərin həllinə töhfə verməkdir. Monitorinqlər zamanı məhkumların saxlanma şəraiti, səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, məhkumların ailə üzvləri və vəkilləri ilə əlaqəsi, təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları diqqət mərkəzində olub.
Hər bir monitorinq üzrə hesabat hazırlanmış, tövsiyyələrlə birgə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə təqdim edilib.
Layihə çərçivəsində eyni zamanda məhkumlar üçün seminarlar təşkil edilib. Seminarlarda sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətraflı izah edilmişdir. Bu seminarlarda, ümumilikdə 461 nəfər iştirak edilib. 4000 məhkuma isə layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb.
Layihədə tanınmış vəkillər və hüquqşünaslar Hafiz Həsənov, Əlibaba Rzayev, Mirəli Hüseynov və KAF hüquqşünasları iştirak edib.








Turlar.az [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub