"Konstitusiyaya dəyişiklik təklifini millətin ixtiyarına verəcəyik" - Türkiyə Prezidenti
"Konstitusiyaya dəyişiklik təklifini millətin ixtiyarına verəcəyik".
KONKRET.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tərkibdə olan Nazirlər Kabinetinin ilk iclasından sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Əgər seçki dönəmlərində bizi izləmisinizsə, biz boş vədlər verənlər kimi deyilik. Millətimizə nə söz verdiksə, vəzifəyə gələndə də yerinə yetirməyə çalışdıq. Biz əhdinə, sözünə sadiq bir hökumət olaraq 17 dəfə millətimizin təqdirini qazanmışıq. Bu, bizim üçün ən böyük qazancdır. Yeni dönəmimizdə xalqımıza verdiyimiz bütün vədlərə əməl edəcəyik. İki sözə çox diqqət yetirin; bir sabitlik, iki güvən. Sabitlik və inamla Türk əsrini quracağıq. Konstitusiyaya dəyişiklik təklifimizi millətin ixtiyarına verəcəyik. Qara dəniz təbii qazı, Qabar nefti və Akkuyuda enerji hərəkətlərimizi davam etdirəcəyik. Biz son 21 ildə olduğu kimi səhhiyə və təhsili də siyahımızda birinci yerdə saxlayacağıq. Sürətli, effektiv və keyfiyyətli ədliyyə xidmətlərini təmin etmək üçün islahatlarımızı artıracağıq. Terror təşkilatlarına, cinayətkar dəstələrə qarşı amansız mübarizəni qətiyyətlə aparacağıq", – deyə Ərdoğan bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu