"Kontakt" yeni rəqəmsal məhsulunu istifadəyə verdi - 260-dan çox TV kanal bir platformada

Hər zaman yenilikləri ilə seçilən "Kontakt" bu dəfə rəqəmsal televiziya dünyasına açılıb. Şəbəkənin "Kontakt TV" adlanan bu yeni platforması sadəcə 4,50 manatlıq abunə haqqı ilə 260-dan çox yerli və xarici kanalları bir ekranda izləmək imkanı verir. Üstəlik, ilk 30 gün tamamilə ödənişsiz istifadə ilə.
Bu yeni rəqəmsal televiziyada hər yaş qrupundan olan izləyicilər üçün 1000-dən çox film və animasiyalar da var. Üstəlik, dünyanın dörd bir yanında baş verən idman hadisələrinin yayımlandığı və idmansevərlərin yaxşı bələd oluğu "Setanta Sports" kanalı da bu sərfəli "Kontakt TV" paketinə daxildir.
Müasir platforma yüksək keyfiyyətli ekran görüntüsü ilə də diqqət çəkib. Belə ki, artıq tətbiqdən istifadə edənlər bildirir ki, yayımlanan hər bir səhnə parlaq, canlı və o qədər realdır ki, ekranla gerçək dünya arasında fərqi hiss etmək belə olmur.
"Kontakt TV" ailəvi istifadə üçün də ideal seçimdir. Çünki burada bir abunəliklə eyni anda dörd fərqli cihazdan qoşulmaq mümkündür. Hətta ənənəvi televiziyadan fərqli olaraq, canlı yayımı dayandırmaq, geriyə sarmaq və ya yenidən izləmək imkanı da mövcuddur, çünki seçilmiş kanalların yayımları düz 7 gün arxivdə saxlanır. "İndi vaxtım yoxdur, sonra..." deyənlər üçün isə filmləri yükləyib, internet bağlantısı olmadan oflayn izləmək də mümkündür.
Yeni rəqəmsal televiziya təhlükəsizlik baxımından da rahatdır. "Kontakt TV"nin valideyn nəzarəti funksiyası sayəsində uşaqlar üçün uyğun məzmunu seçmək, idarə etmək çox asandır.
Tətbiqin istifadə qaydası da olduqca sadədir: mobil tətbiqi yükləyərək nömrənizi daxil edin və budur, artıq bir toxunuşla platformaya daxil oldunuz. Həm Android, həm də iOS əməliyyat sistemli smartfonlar, smart texnologiyanı dəstəkləyən televizorlarda da tətbiqi quraşdıraraq xidmətə qoşulmaq olar.
"Kontakt" isə öz alıcılarına xüsusi yanaşır. Belə ki, şəbəkədən əldə olunan bütün televizor məhsullarında "Kontakt TV" artıq hazır, öncədən quraşdırılmış olacaq.
Əlavə olaraq isə, platfromada uzunmüddətli abunəliklər də çox sərfəlidir. Məsələn, 3 aylıq abunəlik 12 AZN; 6 aylıq 23 AZN, 1 illik paket isə cəmi 40 AZN təşkil edir.
Bu imkanlardan yararlanmaq istəyənlər üçün ətraflı məlumat və qeydiyyat kontakttv.az rəsmi saytında mövcuddur.
Azərbaycanın rəqəmsal televiziyasında yeni dövrə başlayır və "Kontakt TV" ilə siz də bu əyləncəyə qoşula bilərsiniz / azxeber.com

İqtisadiyyat       Tarix: 10 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun xeberler bugun şou biznes xəbərləri cəbhədən ən son xəbər