Koxalski "Napoli" ilə oyundakı penaltidən danışdı

Koxalski "Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) bu mövsüm Çempionlar Liqasında komandasının ən sabit və diqqətçəkən futbolçularından birinə çevrilib.
25 yaşlı qolkiper "Benfika" və "Kopenhagen"lə görüşlərdə göstərdiyi çıxışla adından söz etdirmişdi. O, hətta "Napoli" ilə son oyunda məğlubiyyətə baxmayaraq, yüksək qiymətlər alıb. O, çərşənbə axşamı keçirilən "Napoli" – "Qarabağ" matçında penalti qaytaran yeddinci polşalı qapıçı kimi Çempionlar Liqasının tarixinə düşüb. Bu performansdan sonra azarkeşlər və futbol mütəxəssisləri 25 yaşlı qapıçının böyük kluba transfer vaxtının çatdığını düşünürlər.
KONKRET.az qol.az-a istinadən xəbər verir ki, Koxalskinin özü də bu fikrə qismən qatıldığını "Kanal Sportovıya"ya (Polşa) müsahibəsində etiraf edib.
"Azərbaycanda ilk vaxtlar özümü ideal hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim. Amma bu, mümkün olmadı və qalmaqla yaxşı qərar vermiş oldum. İndi məqsədim daha da inkişaf etmək, irəli getmək və arzularım uğrunda mübarizə aparmaqdır", – o bildirib.
"Napoli" ilə matçın ən yaxşı oyunçularından biri olmasına baxmayaraq, Koxalski nəticədən məmnun qalmadığını deyib:
"Oyundan sonra emosiyalar var idi, amma daha çox mənfi… Çünki uduzduq".
O, penaltilərə necə hazırlaşdığını da açıqlayıb:
"Xüsusi nəzəriyyələrim yoxdur. Analiz edərkən futbolçunun zərbədən əvvəl dayanıb-dayanmadığını, qəribə hərəkətlər edib-etmədiyini, adətən hansı küncə vurduğunu izləyirəm. İki oyunçunu analiz etmişdim, amma Höylundu yox. Ona görə meydanda tez qərar verməli oldum".
Koxalski "Qarabağ"ın Azərbaycandan gördüyü dəstəkdən də danışıb:
"Qarabağ" bütün ölkənin qürurudur. Yaxşı oynayırıq, güclü rəqibləri məğlub edirik. Komanda illərdir Çempionlar Liqasına hesablanaraq qurulur, məşqçi də çox rotasiya edir. Bu mövsüm belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi. Üç oyun qalıb və pley-offa çıxmaq imkanımız realdır".
Qeyd edək ki, oktyabr ayında onunla "Borussiya Dortmund"un maraqlandığı xəbərləri yayılmışdı.

İdman       Tarix: 29 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler en son xeberleri xeber gunun xeberleri