Lavrov Ermənistanın uyğunsuz siyasətindən danışıb - Aİİ və Aİ fərqli ticarət zonalarıdır
Ermənistanla Rusiya arasında münasibətlər asan deyil, lakin dialoq davam edir və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yaxın vaxtlarda Moskvaya səfəri planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O qeyd edib ki, erməni həmkarı dəvəti qəbul edib. Eyni zamanda, nazir Ermənistan hökumətinin Aİ-yə üzvlük prosesinə başlamaqla bağlı son qərarına toxunub. Lavrov həmçinin baş nazirin müavini Aleksey Overçukun Aİİ və Aİ-yə üzvlüyün uyğunsuzluğu ilə bağlı fikirləri ilə razılaşıb: "Bunlar iki fərqli sistem, fərqli azad ticarət zonalarıdır. Amma bu, İrəvanın suveren hüququdur. Bununla belə, müsbət və mənfi cəhətləri ölçmək həm də Ermənistan hökumətinin üzərinə düşür", -deyə Lavrov bildirib. KTMT haqqında danışan nazir Ermənistanın KTMT tədbirlərində iştirak etmədiyini xatırladıb. Onu da bildirib ki, İrəvan qərarların qəbuluna mane olmur. Buna görə də təşkilat işləyir və fəaliyyət göstərir.
Vəli Həsənoğlu,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu