Lavrov: Rusiya İranın nüvə proqramı ilə bağlı sazişin bərpasını dəstəkləyir

Lavrov: Rusiya İranın nüvə proqramı ilə bağlı sazişin bərpasını dəstəkləyirRusiya İranın nüvə proqramı ilə bağlı sazişin ilkin formada bərpasının tərəfdarıdır və İrana qarşı yeni siyasi şərtlərin irəli sürülməsi barədə məlumatlardan narahatdır.
Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ ilə son danışıqlarda digər məsələlərlə yanaşı, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı müzakirə edilib. ABŞ tərəfi ilə yanaşı, bu mövzu ilə bağlı bəzi Avropa ölkələri ilə də təmaslar var.
S.Lavrov vurğulayıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi və Fransa, Almaniya, Böyük Britaniya, ABŞ, Rusiya, Çin və İranın iştirak etdiyi ilkin sazişdə nəzərdə tutulan formatın bərpasının tərəfdarıdır.
"Narahatlıq doğuran məqam bundan ibarətdir ki, amerikalılar bu yeni sazişin siyasi şərtlərlə müşayiət olunmasını istədiyinə dair bəzi əlamətlər var. Bu şərtlərə əsasən, İran İraq, Livan, Suriya və başqa yerlərdə qruplaşmaları dəstəkləmədiyini təsdiqləyən yoxlamalardan keçməyi öhdəsinə götürməlidir. Hesab edirəm ki, belə bir variant işləməyəcək", - o bildirib.
XİN başçısı vurğulayıb ki, "İrandan başqa hamının regionun digər ölkələrinə təsir göstərmək hüququna malik olacağı bir vəziyyət gerçəkləşməyəcək ssenaridir". / azxeber.com

Siyasi       Tarix: 13 mart 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler azerbaycan dunyada son xeberler axsam.az xeberler valyuta məzənnələri