Lavrov yola salınır? - XƏBƏR YAYILDI

Lavrov yola salınır? - XƏBƏR YAYILDIBu il 75 yaşı tamam olacaq nazirin yerinə iddialar kimlərdir?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il vəzifəsindən azad edilə bilər. Bu barədə  Rusiya nəşri yazıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Lavrovu istefaya göndərmək istəyir.
2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edən Sergey Lavrovun mümkün istefası ilə bağlı son illər çox yazılıb. Kreml isə ənənəvi olaraq bu cür iddialara  "şayiə kimi baxmağı" tövsiyə edib. Bundan əvvəl  Telegram kanallarının birində  iddia olunurdu ki,  Lavrovun yerini müavini Mixail Qaluzin və nazir müavini Andrey Rudenkonun namizədlikləri müzakirə olunur. İstefasından sonra Lavrovun təqaüdə deyil məsələn, Rusiya Təhlükəsizlik Şurasında fəxri vəzifə tutaca biləcəyi də deyilirdi. Xarici İşlər Nazirliyinə "prezident administrasiyasından bir şəxs"in rəhbərlik edə biləcəyi də istisna olunmurdu. Prezident Vladimir Putin 2021-ci ildə adı Vahid Rusiya Partiyasını siyahısında ilk beşlikdə olan və deputat seçilən  Lavrovun Dumaya getməsinə imkan vermədi, onu  XİN rəhbəri saxladı.

Lavrov  son olaraq Doha Forumunda  bu məsələ barədə danışıb.  O deyib ki, 2024-cü ildə nazir kimi işləməsinin 20 ili tamam olub.  "Ölkəmin mənə ehtiyacı olduğu müddətcə mən ona xidmət edəcəm"  Lavrov deyib.
"Əgər Lavrov dəyişdirilərsə, bu, siyasi yox, belə demək mümkünsə,  texniki qərar  olacaq. Yəni Rusiya Xarici İşlər Nazirliyinin siyasəti heç bir şəkildə dəyişməyəcək, sadəcə olaraq, başqa texnokratlar tərəfindən həyata keçiriləcək. Ona görə də əvəzləyicinin kim olduğunu təxmin etməyin mənası yoxdur – o, kim olursa olsun, mahiyyət etibarilə eyni Sergey Lavrov olacaq. Düzdür, təcrübəni müqayisə etsək,  Lavrovla müqayisə oluna bilən rəqib görmürəm, amma təcrübə əldə edilə bilən bir şeydir".
Bu ilin Novruz bayramında 75 yaşı tamam olacaq  Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.
Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. İ Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.
Sergey Kələntərovun Sergey Lavrova çevrilməsi isə belə olub.   Sergey Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə, onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurub. Vikor Lavrov 5 yaşlı öğey övladına öz soyadını verir və beləliklə Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edib.

Onlar tezliklə Moskvaya vilayətinə köçürlər. Vilayətin Noginsk şəhərində ingilis dili təmayüllü orta məktəbi bitirən Sergey Lavrov 1967-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub.  İnstitutu bitirən Lavrov  1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyir. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub  və bu postda 10 il çalışıb.  2004-cü il fevralın 24-də Vladimir Putin Nazirlər Kabinetini istefaya göndərir. Martın 9-da isə prezident yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Sergey Lavrov Rusiya xarici işlər naziri təyin olunub./Musavat.com / konkret.az

Siyasi       Tarix: 12 yanvar 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun butun xeberler xəbər xeberler azerbaycan