Ləğv edilmiş sığorta şirkətinin baş ofisinin binası satışa çıxarılır
Ləğv edilmiş sığorta şirkətinin baş ofisinin binası satışa çıxarılır
Müflis elan olunmuş "Standard Insurance" Sığorta şirkətinin baş ofisinin yerləşdiyi bina satışa çıxarılır.
İcbari Sığorta Bürosundan verilən məlumata əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən "Standard Insurance" Sığorta şirkətinin Bakı şəhəri Ş.Bədəlbəyli küç. 96, AZ1014 ünvanında yerləşən baş ofisinin binası satışa çıxarılır.
Bu barədə ləğv prosesində olan şirkətin ləğvetmə komissiyası tərəfindən məlumat verilib.
Bildirilib ki, şirkətin aktivlərinin bir qismi artıq hərrac vasitəsilə satışa çıxarılıb. Yaxın zamanlarda isə şirkətin baş ofisinin yerləşdiyi binanın satışa çıxarılması planlaşdırılır.
Qeyd edək ki, AMB İdarə Heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə Standard Insurance Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minib. /oxu.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu