Lənkəranda ata və oğlu yol qəzasında xəsarət alıblar
Lənkəranın Osaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğlu xəsarət alıblar.
Reportun Cənub Mərkəzinin verdiyi xəbərə görə, 1969-cu il təvəllüdlü, Lənkəran rayonu, Günəhir kənd sakini Malik Qubad oğlu Əliyevin idarə etdiyi Niva markalı avtomobil idarəetmədən çıxaraq 200 metr hündürlükdən dərəyə aşıb.
Nəticədə sürücü və oğlu 1996-cı il təvəllüdlü Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sakinlərin köməyi ilə xilas edilən yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan ata və oğulun hər ikisi kənd məktəbinin müəllimləridir.
Faktla bağlı araşdırma aparılır. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari
"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Ramil Şeydayev Rusiya klubuna keçə bilər
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Brent neftinin qiyməti 73,75 dollara düşdü
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, yaralılar var
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi
Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı