Leyla Əliyeva Nepalın Prezidenti ilə görüşdü

Leyla Əliyeva Nepalın Prezidenti ilə görüşdüHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb.
COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, eləcə də Katmanduda şəhər xəstəxanasına ziyarət edildiyini bildirib.
Heydər Əliyev Fondunun Nepalda dəstək layihələrinin eyni zamanda sosial və səhiyyə sahələrini əhatə edəcəyi diqqətə çatdırılıb.
Görüşdə mövcud əlaqələrin müxtəlif sahələri, o cümlədən humanitar və iqlim dəyişmələri, davamlı inkişaf məsələlərini əhatə etməsinin vacibliyi vurğulanıb.
Prezident Ramçandra Paudel Azərbaycan və Nepal arasında əlaqələri, o cümlədən Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Siyasi       Tarix: 27 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ankar

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

1000 nəfərin müəmmalı taleyi – Paşinyan Azərbaycana üz tutdu

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb. xəbər verir ki, Paşinyan bu barəd

Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasını

Trampın İran planı üzə çıxdı - TƏCİLİ

ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb. xəbər verir ki, politoloq Turan Rzaye

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?

Xəbər verdiyimiz kimi, Ermənistan Konstitusiyasını dəyişməyə hazırlaşır. Ermənistanın yeni Konstitusiya layihəsinin mətninin bazar ertəsi ictimaiyyətə açıqlanacağı gözlənilir. Baş nazir Nikol Paşinyan da həmin gün məsəl

"Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?"

"Əliyevin sülhü" deyirlər (müxalifəti nəzərdə tutur – red. Gəlin sülhün necə qurulduğuna nəzər salaq. Sülh müqaviləsi imzalanmalıdır, onu kim imzalayacaq? İndi böyük bir sürpriz, milli rüsvayçılıq, sui-qəsd ifşas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar xeberler bugun 2026 son xəbər