Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
May ayının son günlərində müşahidə olunan güclü leysan yağışları kənd təsərrüfatına ciddi təsir göstərməyə başlayıb.
AZXEBER COM ölke.az-a istinadla xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, hava şəraitinin bu cür davam etməsi bəzi meyvələrin azalmasına və bazarlarda qiymət artımına səbəb ola bilər.
Xüsusilə ərik, gilas, albalı, çiyələk və alça kimi mövsümi meyvələr leysanlardan daha çox zərər görür. Güclü yağış nəticəsində meyvələr çatlayır, çürüyür və ağacdan vaxtından əvvəl tökülür. Bu isə məhsul itkisini artırır.
Məhsulun azalması birbaşa bazardakı qiymətlərə təsir edir. Əgər yaxın günlərdə yağışlı hava davam edərsə, mayın sonu və iyun ayında bəzi yerli meyvələrin qiymətində ciddi artım müşahidə oluna bilər.
Fermerlər bildirirlər ki, artıq bəzi bağlarda ilkin zərərlər görünməyə başlayıb. Torpaqda həddindən artıq rütubət göbələk xəstəliklərini artırır, bu da məhsulun keyfiyyətini aşağı salır və satış üçün yararlı meyvələrin sayını azaldır.
Mütəxəssislər hesab edirlər ki, bazara çıxarılan məhsul azaldıqca qiymətlər mərhələli şəkildə yüksələcək. Xüsusilə yerli və təzə meyvələrdə bahalaşmanın daha çox hiss ediləcəyi proqnozlaşdırılır / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu