"Liverpul" "Mançester Yunayted"ə 7 cavabsız qolla qalib gəldi
İngiltərə Premyer Liqasında XXVI tura yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, turun son oyununda "Liverpul" "Mançester Yunayted"i qəbul edib. Mersisayd təmsilçisi "Enfild" stadionunda keçirilən qarşılaşmada 7 cavabsız qolla qələbə qazanıb.
Hesabı 43-cü dəqiqədə Kodi Qakpo açıb. 4 dəqiqə sonra Darvin Nunyes qonaqları yenidən meydanın mərkəzinə dəvət edib. 50-ci dəqiqədə Qakpo dubl müəllifi olub. 66-cı dəqiqədə Məhəmməd Salah 4-cü topu "qırmızı şeytanlar"ın qapısından keçirib. 75-ci dəqiqədə Nunyes özünün 2-ci, komandasının 5-ci qolunu vurub. 83-cü dəqiqədə Salah dubl edib. Son nöqtəni isə 88-ci dəqiqədə Roberto Firmino qoyub – 7:0.
Bu qələbə ilə xallarını 42-yə çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. 49 xalı olan "Mançester Yunayted" isə 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 63 xalla "Arsenal" başçılıq edir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakıda hansı maşınlara maraq öldü - AÇIQLAMA
Xalq artistinin nəvəsi dünyaya gəldi - FOTO
Məşhur müğənni ana oldu - FOTO
Serenay Sarıkaya sərbəst buraxıldı
Baba olan xalq artisti: "Arzum odur ki, mənim yolumu davam etdirsin
Bu qurumlarda Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq
Avstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Ceyhun Bayramov İshaq Darla görüşdü
AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək
Qarabağ' 8 min manat cərimə olundu
Bank of Baku-dan şəhid və qazi övladları üçün "RoboKəşf" təşəbbüsü – təlim və ekskursiya - FOTOLAR
Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu
"Qarabağ" yüksək məbləğdə cərimələndi