"Lotoreyada pul udmusunuz" mesajı gəlsə, inanmayın — XƏBƏRDARLIQ
Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda "sərfəli kredit" və ya "asan kredit" vədləri ilə vətəndaşları hədəf alan kiberdələduzluq halları artmaqdadır. Bu cür elanlar vasitəsilə istifadəçilərdən şəxsi məlumatlar, bank kartı detalları və ya müxtəlif "xidmət haqları" tələb olunduğu bildirilir. Nəticədə bir çox hallarda vətəndaşlar maddi zərərə məruz qalır və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı risklər yaranır.
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Miralıyev bildirib ki, kiberdələduzluq halları, adətən, insanların marağına səbəb ola biləcək mövzular üzərində qurulur.
"Lotereya oyunları, müxtəlif maliyyə investisiyaları, hansısa bazarlara çıxış imkanları və qısa müddətdə varlanmaq vədləri insanların diqqətini cəlb edir. Dələduzlar da məhz bundan istifadə edərək vətəndaşlardan fərdi məlumatlar tələb edirlər. Məsələn, guya lotereya uduşunun, kreditin və ya digər mükafatın rəsmiləşdirilməsi adı ilə şəxsi məlumatlar istənilir. Bəzi hallarda isə vətəndaşdan ilkin məbləğ ödəməsi tələb olunur".
Ekspert bildirib ki, bu üsullarla dələduzlar öz planlarını həyata keçirirlər.
"Fərdi məlumatlar əldə edildikdən sonra isə həmin məlumatlardan istifadə etməklə bank hesabları və sosial şəbəkə profilləri ələ keçirilə bilər. Daha sonra isə yeni qurbanların seçilməsi və növbəti hücumların həyata keçirilməsi üçün bu məlumatlardan istifadə olunur".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü