Lukaşenko iqlim dəyişikliyi ilə mübarizədə tutduqları mövqeyə görə bəzi Qərb ölkələrini tənqid edib
Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi Qərb ölkələrini iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə görə tənqid edib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Lukaşenko Azərbaycanın "AnewZ" telekanalına müsahibəsində bildirib.
"Orta qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması məqsədinə çatmaq olarmı və ölkələr buna nail olmaq üçün kifayət qədər işlər görüblərmi?" sualını cavablandırarkən Lukaşenko deyib: "Əgər bu cür və bu həcmdə etsək, bu, əlçatmaz olacaq. Heç nə dəyişmir, əksinə, vəziyyət getdikcə pisləşir. İlk növbədə emissiyaları azaltmalı olan ölkələr, təəssüf ki, bunu etmirlər".
O, bu mövzuda heç bir işıq görünmədiyini də vurğulayıb.
Lukaşenko bəzi Qərb ölkələrini Azərbaycanda keçirilən COP29-da iştirakla bağlı tutduqları mövqeyə görə də tənqid edib: "Onlar düşünürlər ki, hər şey yaxşı olacaq, iqlim dəyişməyəcək və Qərb ölkələri bundan yan keçəcəklər. Yəni elə düşünürlər ki, hər şey düzələcək. Düzəlməyəcək".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu