Lukaşenko Qarabağ barədə: "İlham Əliyev sayəsində vəziyyət sabitləşdi
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsi və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını qeyd edib və bu münasibətləri keçmiş SSRİ-nin digər ölkələrinə nümunə kimi göstərib.
Belarus mətbuatının məlumatına görə, dövlət başçısı bu sözləri ölkədə diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Lətif Qəndilovla görüşü zamanı deyib.
"Bizim tez-tez dediyimiz kimi münasibətlərimiz qardaşlıq münasibətləridir. Bu Sovet İttifaqı dövründən bu yana yaxşı münasibətlərə nümunədir: bir vaxtlar eyni dövlətin tərkibində yaxşı, parlaq münasibətlərimiz var idi, biz bu münasibətləri nəinki qoruduq, hətta artırdıq", - deyə Belarus lideri qeyd edib.
A.Lukaşenko Azərbaycan səfirinin ölkələr arasındakı münasibətlərin inkişafında rolunu qeyd edib. O, həmçinin görüş zamanı Qarabağ məsələsinə də toxunub.
"Əsasən Azərbaycanın və Prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə, sülhə gedən yol hələ indi başlayıb", - deyə A.Lukaşenko qeyd edib.
Turlar.az [newsid: 0-123300]

"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni