Lukaşenko və Putin arasında telefon danışığı baş tutdu
Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə bağlı "Pul Pervogo" teleqram kanalı məlumat yayıb.
Dövlət başçıları yaxın vaxtda keçiriləcək görüşün tarixini dəqiqləşdiriblər. Görüşn əsas məqsədi prezidentlərin əvvəllər verdiyi tapşırıqların iki hökumət tərəfindən icrasına nəzarət etmək olacaq. Bu, ilk növbədə idxalın əvəzlənməsi sahəsi və bütün istiqamətlər üzrə anti-sanksiya əməkdaşlığına şamil olunur.
Eyni zamanda, prezidentlər Ali Dövlət Şurasının iclasına hazırlıq məsələlərini də müzakirə ediblər.
"Ali Dövlət Şurasının iclasına hazırlıq müzakirə edilib. İttifaq dövlətinin Nazirlər Şurasının iclasının fevral ayına təyin edilməsi ilə əlaqədar olaraq, Ali Dövlət Şurasının aprel-may aylarında keçirilməsi nəzərdə tutulub. Görüşdə, gözlənildiyi kimi, mövcud sazişlər rəsmiləşdiriləcək, müvafiq sənədlər imzalanacaq", – teleqram kanalı bildirib.
Lukaşenko və Putin Belarus və Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün İttifaq dövləti çərçivəsində gələcək fəaliyyətləri də müzakirə ediblər.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi