Lunyov milliyə buraxılacaqmı? - Qurban Qurbanovdan açıqlama
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Andrey Lunyovun Rusiya millisinə çağırılmasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, o, TASS agentliyinə açıqlamasında Andreyin milliyə dəvətinə normal münasibət bəslədiyini vurğulayıb: "Lunyov milli komandanın məşqçilərinin diqqətini cəlb edə bilibsə, deməli, bu müddətdə yaxşı və ardıcıl çıxış edib. Ümumiyyətlə, mənim futbolçum yaxşı və ardıcıl oynayanda, milliyə çağırılanda buna həmişə sevinirəm. Onu buraxıb-buraxmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidir. Mənim üçün futbolçunun psixoloji hazırlığı da rol oynayır.
Əgər bunun ona pis təsir etdiyini bilsəm, təbii ki, onu heç vaxt milliyə buraxmaran. Düşünürəm ki, Andreyin özü də bu çağırışı qəbul etmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq. Mən də onun işindən razıyam, amma Lunyov hələ də inkişaf edə bilər. Bu, onun maksimum səviyyəsi deyil. Ümid edirəm ki, Andrey tezliklə maksimuma çatacaq. Ola bilsin ki, onu milliyə buraxmayaq. Amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki biz hamımız peşəkarıq və vəziyyəti başa düşürük".
Xatırladaq ki, Martın 21-də Rusiya millisi Serbiya, martın 25-də isə Paraqvayla yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Moskvada oynanılacaq.//Qol.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto