Lunyovun meneceri "Qarabağ"ı hədələdi - "Bizə təzyiq göstərsələr..."

Lunyovun meneceri "Bu xəbərlər təəccüblüdür. Çünki danışıqlar və məbləğlər məxfidir".
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın "RB Sport" nəşrinə müsahibəsində "Qarabağ"ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov deyib.
O, Lunyovun "Qarabağ"da maaşının illik 200 min avro olması və yeni müqavilə üçün 600 min avro tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib: "Mətbuata məlumatı sızdıran klub adamlarından fərqli olaraq, rəqəm verməyi etik hesab etmirəm. Gizli qalmalıdır. "Qarabağ" ötən mövsümün ortalarında Andreyi daha yaxşı şərtlərlə istəyirdi. Amma yayda ora keçərkən daha aşağı məbləğli müqavilə imzaladıq. "Qarabağ" bizə yanvar ayında uzunmüddətli müqavilə təklif etdi. Amma onda şərtlər uyğun olmadı. Qapıçı dəyərindən aşağı maaş alır. Digər klublar ona yaxşı müqavilələr təklif edib. "Qarabağ"lıların belə davranışı bizim üçün anlaşılmazdır. Klub bizim təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata ötürərək rəqəmləri açıqlayır. Biz bunu futbolçuya mənfi reputasiya yaratmaq üçün təzyiq kimi qiymətləndiririk. İlkin olaraq almalı olduğu maaşı götürsək, bunun üç dəfə artırılması tələbimizdən danışmırıq. Andrey özünü ləyaqətlə aparır. Ona daimi maraq olsa da, digər klublarla danışıqlar aparmır. Futbolçu bütün diqqətini futbola və "Qarabağ"a yönəldib, rəhbərliyə gedib qiymət "oxumur", heç nə tələb etmir, ultimatum vermir.
A.Smirnov futbolçusunun "Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Klub danışıqlar prosesində bu variant haqqında bir neçə dəfə danışıb. Lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Təfərrüatları açıqlamaq istəmirəm, sadəcə deyim ki, bu seçim mövcuddur. Lakin müəyyən hallar baş verdikdə aktivləşdirilir. Amma FİFA təcrübəsi elədir ki, tərəflərdən birinin əmək münasibətlərinin birtərəfli uzadılmasına imkan vermir. İstənilən halda, futbolçunun razılığı lazımdır. Klubun endirim etməməli olduğu detallar var. Biz "Qarabağ"a hörmət edirik və danışıqlara açığıq. Amma "Qarabağ" bu cür davranışını davam etdirsə və bu mövsüm klubun uğurunda ciddi əməyi olan futbolçusu ilə danışıqlar prosesinin nüanslarını açıqlayaraq, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik".Qafqazinfo

İdman       Tarix: 05 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

ÇL: Bu gün 9 oyun var

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna start verilir. KONKRET.azxəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma keçiriləcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi. IV tur. 3 noyabr. Saat 21:45. "Şaxtyo

Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Raundun matçları iki günü əhatə edəcək. "Sabah" – "İmişli" matçı dekabrı

"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər

Bu gün UEFA Çempionlar Liqasında IV tura start verilir. KONKRET.azxəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu evdə "Ştutqart"la üz-üzə gələcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi, IV tur 3 noyabr

Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, buna Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub. O, 55 kq çəki dərəcəsində mübarizə aparara

Yağışa görə bu oyun təxirə düşdü

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" qarşılaşması təxirə salınıb. PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadə

Arsen Venger FIFA prezidenti ola bilər

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger FIFA prezidenti postuna namizəd olmaq ehtimalını nəzərdən keçirir. -a istinadən xəbər verir ki, hazırda FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışa

Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq

Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib. AFFA-nın saytına istinadən xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihab

İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərai

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler xeberler bugun 2026 cəbhədən xəbər