Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
"2027-ci ildə dövlət büdcəsinin xərclərinin 42,4 milyard manata çatacağı proqnozlaşdırılsa da, bu artımın əhalinin yaşayış səviyyəsinə təsiri büdcə vəsaitlərinin hansı istiqamətlərə yönəldilməsindən və iqtisadi artımın vətəndaşların real gəlirlərində nə dərəcədə əks olunmasından asılı olacaq. Büdcə xərclərinin artması öz-özlüyündə əhalinin rifahının yüksəlməsi demək deyil. Əsas məsələ ayrılan vəsaitlərin iqtisadiyyatda əlavə dəyər yaratması, dayanıqlı məşğulluğu dəstəkləməsi və əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərməsidir".
Bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az -a açıqlamasında səsləndirib:
"Azərbaycanın iqtisadi inkişaf perspektivləri bir neçə mühüm amildən, xüsusilə neft-qaz gəlirlərindən asılılığın azaldılmasından, qeyri-neft sektorunun məhsuldarlığının yüksəldilməsindən və əhalinin real gəlirlərinin artmasından asılıdır.
2027-ci il üçün qeyri-neft-qaz sektorunda real iqtisadi artımın 4,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bununla belə, iqtisadi artımın əhalinin rifahına real təsir göstərməsi üçün onun yeni iş yerlərinin yaradılması, əməkhaqlarının yüksəlməsi və sahibkarlıq imkanlarının genişlənməsi ilə müşayiət olunması vacibdir".
R.Sabirin sözlərinə görə, dövlət büdcəsində sosialyönlü xərclərin payı da əhalinin rifahı baxımından mühüm göstəricidir.
"2027-ci ildə sosialyönlü xərclərin ümumi büdcə xərclərinin təxminən 44 faizini təşkil edəcəyi gözlənilir. Sosial müdafiə, təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitlərin səmərəli istifadəsi əhalinin həyat səviyyəsinin yüksəldilməsinə töhfə verə bilər.
Bununla yanaşı, sosial xərclərin artması ilə onların vətəndaşların gündəlik həyatında yaratdığı nəticələri fərqləndirmək lazımdır. Əməkhaqlarının, pensiyaların və müavinətlərin artırılması nominal gəlirləri yüksəltsə də, ərzaq, kirayə, kommunal xidmətlər və nəqliyyat xərclərinin daha sürətlə artması bu artımın real təsirini zəiflədə bilər".
Professor vurğulayıb ki, əhalinin yaşayış səviyyəsinin qiymətləndirilməsində əsas meyar gəlirlərin nominal artımı deyil, onların alıcılıq qabiliyyətidir.
Başqa sözlə, insanların gəlirlərinin artması həmin vəsaitlə daha çox mal və xidmət əldə etmək imkanlarının da genişlənməsi ilə müşayiət olunmalıdır.
Beləliklə, 2027-ci ildə əhalinin sosial vəziyyətində yaxşılaşma üçün imkanlar mövcud olsa da, bunu yalnız dövlət büdcəsinin artımı əsasında proqnozlaşdırmaq mümkün deyil. Real nəticələr inflyasiyanın səviyyəsindən, əməkhaqlarının və sosial ödənişlərin artımından, məşğulluğun vəziyyətindən, qeyri-neft sektorunun inkişafından və dövlət vəsaitlərinin səmərəliliyindən asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi