Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladıXəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunub. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri qeyd edib ki, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6579 nəfərin qəbulu dövlət sifarişi əsasında həyata keçirilib.
Təhsil eksperti Elçin Əfəndiyev azxeber.com-a açıqlamasında deyib ki, son dövrlər abituriyentlər və bakalavrlar daha çox fərqli sahələrə üstünlük verirlər:
Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı"Ali təhsil müəssisələrinə qəbul zamanı bir çox bakalavr mövcud ixtisaslar üzrə müsabiqə şərtini ödəmədiyi üçün qəbul ola bilmədilər. Son dövrlər abituriyentlər və bakalavrlar daha çox fərqli sahələrə üstünlük verirlər. Məsələn, bakalavrlar MBA proqramını seçirlər, abituriyentlər isə informasiya texnologiyaları, kompüter yönümlü sahələrə üstünlük verirlər. Belə olan halda digər ixtisasların boş qalmasının şahidi oluruq".
O deyib ki, seçilməyən ixtisaslar üzrə əmək bazarında kadr ehtiyacı var:
"Magistraturada bu qədər yerin boş qalmasının əsas səbəbləri, birincisi, ixtisaslar üzrə müsabiqə şərtinin ödənilməməsi, ikincisi isə həmin ixtisaslara marağın az olmasıdır. Halbuki seçilməyən ixtisaslar üzrə əmək bazarında kadr ehtiyacı var. Amma bakalavrlar düşünürlər ki, həmin ixtisaslar üzrə kifayət qədər kadr ehtiyacı olmadığı üçün bu sahələrdə təhsil almaq uğurlu deyil".
"Qarşıdakı illərdə plan yerlərini müəyyənləşdirərkən çalışmalıyıq ki, boş qalan ixtisaslar üzrə plan yerləri azaldılsın və həmin yerlər daha çox tələbat olan ixtisaslara verilsin",-deyə təhsil eksperti vurğulayıb.
Şahanə Ziyad

Sosial       Tarix: 03 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes