Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ

Magistraturaya qəbul olunanların NƏZƏRİNƏBu gün magistraturaya qəbul olunanların qeydiyyatı başlayır.
Dövlət İmtahan Mərkəzindən azxeber.com-a verilən məlumata görə, magistraturaya qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada platformasında qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyənlər imtina etmiş hesab olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunub. 
Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 10 510 nəfəri cari ilin, 3 335 nəfəri isə əvvəlki illərin məzunlarıdır.
Bu il ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər, əsas yerləşdirmə nəticəsində magistraturaya qəbul olunanların sayı isə 399 nəfər artıb.
Ötən il 5 798 nəfər dövlət sifarişi ilə qəbul olunduğu halda, bu il 6 580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul edilib. Beləliklə, ötən illə müqayisədə 834 nəfər daha çox bakalavr ödənişsiz təhsil almaq imkanı qazanıb.
2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i, yəni 78,41 faizi dolub. Müqayisə üçün qeyd edək ki, ötən il 16 848 plan yeri ayrılmış və dolma göstəricisi 79,81 faiz olmuşdu. Bu il plan yerlərinin sayı ötən illə müqayisədə 810 yer çox olub.
Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar arasında müsabiqə vəziyyəti fərqli olub. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun 4, 8, 21, 52, 55, 57, 60 və 71 nömrəli proqramlara ayrılmış plan yerləri tam (100 faiz) dolub.
"Ali təhsil müəssisələri üzrə nəticələrə gəlincə, Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerlərinin hamısı dolub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin 90 faizdən çoxu tutulub.
Plan yerlərinin dolma göstəricisi ən aşağı olan ali təhsil müəssisələri isə Bakı Avrasiya Universiteti (21,30 faiz) və Azərbaycan Kooperasiya Universiteti (36,51 faiz) olub", - DİM-in məlumatında bildirilib.
Qeyd edək ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu günlərdə elan olunacaq. Magistraturaya qəbul ola bilməyən bakalavrlar həmin mərhələdə yenidən ixtisaslaşma seçimi edə biləcəklər.

Sosial       Tarix: 03 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler