Mahir Emreli AD GÜNÜNDƏ möhtəşəm qol vurdu – VİDEO
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) futbol klubu cümə günü Sloveniyada Slovakiyanın "Spartak"ı ilə yoxlama oyunu keçirib.
KONKRET.az xəbər verir ki, görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İkinci hissədə meydana daxil olan Mahir 90-cı dəqiqədə qol vuraraq "Dinamo"nu məğlubiyyətdən xilas edib.
Mahir Emreli bu qolu iyulun 1-də qeyd etdiyi 25 yaşına hədiyyə edib.
Bu, azərbaycanlı hücumçunun bu yay yoxlama oyunlarında vurduğu ikinci qoludur. İyunun 28-də Sloveniya "Nafta"sı ilə görüşdə də qol vurub.
Xorvatiya çempionatı iyulun 16-da başlayır və iyulun 19-da Zaqreb "Dinamo"su Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Roman Göytürk,
KONKRET.az

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
ÇL: "Sabah" "KuPS"a qarşı
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi