Mahir Emreli Azərbaycan millisinin azarkeşlərinə müraciət etdi

Mahir Emreli Azərbaycan millisinin azarkeşlərinə müraciət etdiAzərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında ötən gün baş tutan Slovakiya ilə oyundan sonra azarkeşlərə müraciət edib.
KONKRET.az xəbər verir ki, hazırda Almaniyanın II Bundesliqa təmsilçisi "Nürnberq"in formasını geyinən hücumçu fanatların dəstəyinin vacib olduğunu vurğulayıb.
Slovakiya ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan futbolçu daha çox məşq və inkişaf etməyə çalışacağını bildirib:
"Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən, bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox, Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox, bəzən qolun qarşısını da almaq lazım olur və nəticə vərəqə ilə sonuclanır. Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu məni qorxutmur, əksinə, sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda qollarım ilə sizləri sevindirəcəyəm! Tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!"
Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Slovakiya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. M.Emreli görüşün 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.

İdman       Tarix: 15 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb. -a istinadla xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı il

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər qarabag valyuta cəbhədən son durum