Mahir Emreli erməni təxribatına belə cavab verdi - VİDEO / YENİLƏNİB
Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli Xorvatiya çempionatının 17-ci turunda "Riyeka" ilə matçda (7:2) erməni təxribatı ilə üzləşib.
KONKRET.az "Qol.az"a istinadən xəbər verir ki, meydançanın kənarında isinmə hərəkəti zamanı "Riyeka"nın azarkeşlərindən biri 25 yaşlı hücumçuya Qarabağın Ermənistana aid olduğunu deməklə onu təxribata çəkib.
Həmin vaxt Emreli azarkeşin bu hərəkətinə reaksiya verməyib.
Ancaq o, meydana daxil olduğu elə ilk dəqiqədə birinci qolunu vurduqdan sonra həmin azarkeşin olduğu tribuna önünə qaçıb. Mahir orta barmağını ona göstərərək hərbi salam şəklində jest edib və bununla da birbaşa Qarabağda həqiqi ev sahibinin kim olduğunu göstərib.
Bu hərəkətindən sonra M.Emreli sarı vərəqə ilə cəzalandırılıb.
Əldə etdiyimiz məlumata görə, məsələnin böyüməməsi üçün klubu M.Emreliyə bu mövzuda danışmaq qadağası qoyub.
Xatırladaq ki, M. Emreli dünən Xorvatiya çempionatının 17-ci turunda "Riyeka"ya 7:2 hesabı ilə qalib gəldikləri oyunda 72-ci dəqiqədə meydana girib və matçda dubl edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir