Mahir Şükürov AFFA-nı "topa tutdu": "Futbolu bilənlər kənarda qalıblar, qohum-tanışları komandaya salırlar…"

Mahir Şükürov AFFA-nı Xəbər verdiyimiz kimi, futbol üzrə Türkiyə Milli Komandası 2024-cü il Avropa Çempionatı (AVRO 2024) F qrupunun üçüncü oyununda Çexiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb və gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrup üçüncüsü kimi 1/8 finala adlayıb.
Bəs, Azərbaycan millisi niyə Avropa çempionatına gedə bilmir?
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında tanınmış futbolçu Mahir Şükürov bildirib ki, Türkiyə Milli Komandasının oyununu elə də qənaətbəxş deyildi:
"Mən Türkiyə millisinin oyununu 100 faiz bəyəndiyimi dəməzdim. Deyirlər 10 nəfərə qalanda komanda həmişə yaxşı oynayır. Düzdür, dünən Çexiya 10 nəfərə qalandan sonra Türkiyə çox yaxşı oynadı. Portuqaliya oyunundan sonra istər türk mediasında, istərsə də bizim mediada bir az Türkiyə komandasını tənqid etdilər. Həm Türkiyə futbolçularını, həm məşqçilərini, həm də Arda Gülər məsələsi müzakirə olundu. Amma məşqdə olan prosesleri çox adam görmür. Ona görə də Çexiya ilə oyuna ciddi yanaşmışdılar. Dünən çox sevindirici bir hal idi. Əalində, dünən Türkiyə komandası yaxşı oynamadı, amma əsas odur ki, qaləbə qazandı və 1/8-ə çıxdı. Buna görə Türkiyə komandasını təbrik etmək lazımdır. Biri var yaxşı oynaya uduza, biri də var yaxşı oynamayıb uda. Dünən yaxşı oynayıb uduzsaydı, heç kəs deməyəcəydi ki, yaxşı oynadı uduzdu. Ona görə əsas odur ki, komanda 1/8-ə çıxdı. Verdikləri sözü tutdular. Ona görə də qardaş ölkəni təbrik edirəm".
Mahir Şükürov qeyd edib ki, Azərbaycanda istedadlar qalıb kənarda, amma futbola aidiyyatı olmayanlar futbolun içindədir, ona görə də bu gündəyik:
"Azərbaycan millisi niyə Avropa çempionatına gedə bilmir? sualına gəlincə isə məsələn, qonşu Gürcüstanda işləyənlər futbolu bilənlərdir. Amma bizdə futboldan anlayışı olmayanlar və futboldan uzaq olan insanlar işliyirlər. Futbolu bilənlər isə kənarda qalıblar. Biri gətirib qohumunu komandaya salır, digəri də tanışlarını. Bu səbəbdən Gürcüstan qabağa gedir, biz iaə geridə qalmışıq. Gürcüstan futbolunda hər futbolçunu demirəm. Amma millinin əsas heyətində uzun illər oyunları olan, Gürcüstan bayrağını Avropada hardasa bir klubda oynayaraq dalğalandıran və sözün əsl mənasında Gürcüstan futboluna xidmət edən futbolçuları bu gün Federasiyada hamısını yerləşdiriblər. Onlar da gənc kadrlar, hamısı canla-başla əl-ələ verib işləyirlər. Bu gün də bəhrəsini görürlər. Bu səbəbdən bir müddət keçəndən sonra yenə hamımız "Niyə belə oldu? Niyə elə oldu?" deyəcəyik".

İdman       Tarix: 27 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

"Liverpul"dan transfer BOMBASI

"Liverpul" PSJ-nin vingeri Bredli Barkolyanın transferi ilə bağlı razılığa gəlib. "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızılar" Fransa millisinin 23 yaşlı futbolçusu üçün 106+17 milyo

UEFA-dan Gəncə stadionu ilə bağlı QƏRAR

Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. AFFA-dan bildirilib ki, iki il ərzində aparılan ardıcıl və məqsədyönl

"Atletiko" Xulian Alvares üçün 150 milyon avro tələb edir

İspaniyanın "Atletiko" klubu hücumçusu Xulian Alvaresin bu yay komandadan ayrılması üçün "Arsenal"dan (İngiltərə) 150 milyon avroluq təklif gözləyir. "The Athletic"ə istinadən xəbər verir ki

"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı

"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırıb. xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun köməkçisi Georg

"Fənərbağça" 18 il sonra ÇL-nın əsas mərhələsində

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib. xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu səfərdə Fransanın "Lion" komandası ilə üz-üzə gəlib. İstanbul təmsilçisi matçda

"Sabah" futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib - FOTO

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib. xəbər verir ki, bu barədə ölkə çempionu rəsmi sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımd

"Qarabağ"la həlledici matç öncəsi "Tvente"də ciddi itkilər

Bakıda "Qarabağ"ın qonağı olacaq Niderlandın "Tvente" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə ciddi itkilərlə gəlir. Niderland mətbuatına istinadən xəbər verir ki, komandanı

Çempionlar Liqası: "Sabah" "Hapoel"ə qarşı - Oyunda hesab açıldı - CANLI YAYIM

"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.  xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin "Hapoel Beer-Şeva" klubunu qəbul edir. Tofiq Bəhramov adın

"Qarabağ" üçün Avropa macərası başa çatdı -Yenilənib

Matç rəqibin 1:4 hesabı qələbəsi ilə başa çatır. Bununla da Enshede təmsilçisi UEFA KL-in liqa mərhələsinə yüksəlir. *. Vaut Veqhorst 94-cu dəqiqədə hesabı 1:3 edir. Ümumi hesab 2:3-dür. *. Matç "Tvente"nin 2:


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber cəbhədən xəbər xeber saytlari cəbhədən son məlumatlar