"Mançester Siti" 8-ci dəfə İngiltərə çempionu oldu
İngiltərə Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, sonuncu – XXXVIII turun bütün matçları eyni vaxtda baş tutub.
Axırıncı tur çempionun müəyyənləşməsi ilə əlamətdar olub. "Mançester Siti" ilə "Liverpul" arasında gedən yarışın qalibi "şəhərlilər" olub. Son turda "Aston Villa"nı qəbul edən Pep Qvardiolanın yetirmələri 3:2 hesabı ilə qalib gələrək, 93 xalla ardıcıl ikinci, ümumilikdə isə 8-ci ölkə çempionluğunu qazanıb. "Liverpul"un isə doğma arenasında "Vulverhempton" üzərində əzmkar qalibiyyəti (3:1) qızıl medal üçün kifayət etməyib. "Qırmızılar" mövsümü çempiondan 1 xal az toplamaqla qapayıb.
"Mançester Siti" və "Liverpul"la yanaşı, "Çelsi" və "Tottenhem" növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququna yiyələnib. Mövsümü müvafiq olaraq 5-6-cı pillələrdə tamamlayan "Arsenal"la "Mançester Yunayted" Avropa Liqasına, 7-ci yerin sahibi "Vest Hem" isə Konfrans Liqasına yollanıb.
"Norviç", "Uotford" və "Bernli" isə Premyer Liqanı tərk edib.
"Liverpul"un hücumçusu Məhəmməd Salah və "Tottenhem"in yarımmüdafiəçisi Xın Min Son hərəyə 23 qolla bombardirlər yarışında mövsümü zirvədə tamamlayıb. Salahın aktivində 13, Sonda isə 7 məhsuldar ötürmə olub.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var