"Mançester Siti" məğlub oldu - Ardıcıl 4-cü dəfə

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində "Brayton" "Mançester Siti"ni qəbul edib.
KONKRET.az xəbər verir ki, baş hakim Semuel Berrottun idarə etdiyi matç Falmer Stadionunda baş tutub.
Oyuna "şəhərlilər" daha fəal başlayıb. Təzyiqi artıran qonaqlar 23-cü dəqiqədə istəklərinə çatıblar: Erlinq Holann ikinci cəhddən topu niderlandlı qapıçı Bart Verbrüggenin qoruduğu qapının çərçivəsindən keçirib.
78-ci dəqiqədə Fabian Hürtselerin yetirmələri status-kvonu bərpa ediblər: Juan Pedro cərimə meydançasında yaranmış qarışıqlıqda maksimum yararlanıb. Oyuna nəzarəti itirən "şəhərlilər" cəmi 5 dəqiqə sonra hesabda geri düşüblər: Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O"Rayli dəqiq zərbə ilə özünün ilk, komandasının isə qələbə qoluna imza atıb – 2:1.
Beləliklə, bu, "Mançester Siti"nin Premyer Liqada ardıcıl ikinci, bütün turnirlərdə isə ardıcıl dördüncü məğlubiyyəti olub.
Günə Mersisaydda "Liverpul" – "Aston Villa" qarşılaşması ilə yekun vurulacaq.
Turun mərkəzi matçı sabah baş tutacaq: London derbisində "Çelsi" "Arsenal"la münasibətlərinə aydınlıq gətirəcək.
KONKRET.az

İdman       Tarix: 10 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə

"Qarabağ" 4500 manat cərimələndi

"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşm

Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi

Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadə

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45

"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. xəbər verir ki, C qrupunda VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edən Azərbaycan təmsilçis

"Traktor"dan İsmayıl Qartala təklif

Türkiyənin "Fənərbağça" klubunun sabiq baş məşqçisi İsmayıl Qartalın karyerasını İranda davam etdirmək ehtimalı yaranıb. "Ajansspor"a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Traktor"

Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Raundun matçları iki günü əhatə edəcək. "Sabah" – "İmişli" matçı dekabrı

 "Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı 

"Neftçi" Misli Premyer Liqasının X turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər. "Ağ-qaralar"ın heyətind

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında 11-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. "Şəfa" "Araz-Naxçıvan"la, "Zirə" isə "Qəbələ" ilə üz-üzə gələcək. Qey


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son məlumat xeber.az son xeberler xeberler bu qun xeber.az