"Mançester Siti" "Real"ı darmadağın edib finala yüksəldi
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub.
KONKRET.az xəbər verir ki, turnirin sonuncu finalçısı İngiltərədə müəyyənləşib.
Burada yerli "Mançester Siti" İspaniya nəhəngi, ÇL-in sonuncu qalibi "Real"la üz-üzə gəlib.
Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə darmadağına sevinən "Mançester Siti" finala yüksəlib.
Xatırladaq ki, daha öncə "İnter" İtaliyanın digər təmsilçisi "Milan"ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi.
Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
17 may
"Mançester Siti" (İngiltərə) – "Real" (İspaniya) 4:0
Qollar: Bernardo Silva, 23; 37. Eder Militao, 76-öz qapısına. Xulian Alvares, 90+1.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Mançester. "Etihad" stadionu.
İlk oyun – 1:1.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi