Maradonanın hesabını sındırdılar, görün nə yazdılar - FOTO
Hakerlər Dieqo Maradonanın rəsmi "Facebook" səhifəsini bir neçə saat ərzində ələ keçiriblər.
KONKRET.az xəbər verir ki, hakerlər bu müddətdə 2020-ci ilin noyabrında vəfat edən əfsanəvi argentinalının hesabını qeyri-ciddi yazılarla doldurublar.
Bir neçə saat ərzində Maradonanın 12 milyon izləyicisi kiminsə axmaq zarafatına bənzəyən mesajları oxumalı olub. Yazıların bəziləri hətta Britaniyanın "Sky Sport" nəşri də daxil olmaqla xarici KİV-lər tərəfindən çap olunub: "Siz bilirsiniz ki, ölümümü saxtalaşdırmışam, elə deyilmi?"; "Cənnətdə kokain yoxdur. Yalnız Pepsi var" və s.
Bir müddət hesabın profil şəklini Maradonadan cəmi iki il sonra, keçən ilin dekabrında vəfat edən Pelenin şəkli əvəz edib. Daha sonra Maradonanın hesabının guya rusiyalı hakerlər tərəfindən sındırıldığı iddia edilib.
Məsələ ilə bağlı Maradonanın qızı açıqlama yayıb: "Təəssüflə bildiririk ki, Dieqo Maradonanın rəsmi "Facebook" hesabı kiberhücuma məruz qalıb. Atam hələ də bu qədər vacibdir, çünki hansısa cəfəngiyyatları yazmaq üçün onun hesabını sındırmaq lazım gəlib".


Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi