Marko Rubio: "Rusiyanın atəşkəsə razılaşacağına ümid edirik"
"Sülh məsələsində Rusiyanın əli daha güclüdür. Rusiyanın razılaşacağına ümid edirik."
KONKRET.azxəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ciddədə Ukrayna tərəfi ilə baş tutmuş danışıqlardan sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
Rubio bildirib ki, ABŞ Ukraynanın 30 günlük atəşkəsə razı olduğunu Rusiya tərəfinə çatdıracaq.
"Ukrayna müsbət addım atdı və ümid edirik ki, ruslar buna cavab verəcəklər. Bu, bizim gözlədiyimiz kimi xoş niyyəti göstərən jestidir", – deyə o bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts isə ABŞ-nin yaxın günlərdə Rusiya nümayəndələri ilə danışıqlar aparacağını bildirib.
Rubio və Uolts bildiriblər ki, ABŞ Ukraynada tezliklə atəşkəsə və münaqişənin həlli üçün danışıqlara başlanacağına ümid edir.

Yekun bəyanat qəbul edildi
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib