Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Marsol Academy tərəfindən təşkil olunan Amerika Yay Məktəbi proqramı iştirakçılar üçün 15 gün ərzində təhsil, səyahət, mədəniyyət və əyləncə ilə zəngin bir təcrübə oldu.
azxeber.com xəbər verir ki, proqram müddətində iştirakçılar ingilis dili dərsləri ilə yanaşı müxtəlif praktiki tapşırıqlar, oyunlar, idman fəaliyyətləri və maarifləndirici gəzintilərdə iştirak edərək həm biliklərini artırdılar, həm də sosial bacarıqlarını inkişaf etdirdilər. Fərqli mühitdə keçirilən bu fəaliyyətlər onların beynəlxalq səviyyədə yeni təcrübələr qazanmasına şərait yaratdı.
Yay məktəbi çərçivəsində iştirakçılar New York, Boston, Niagara Falls və Washington D.C. kimi şəhərlərə səfər etdilər. Times Square, Brooklyn Bridge, New York Public Library – Stephen A. Schwarzman Building, SUMMIT One Vanderbilt, Madame Tussauds, Museum of Science, MIT (Massachusetts Institute of Technology), Harvard University, Niagara Falls, U.S. Capitol, Washington Monument və digər məşhur məkanları ziyarət etdilər.
Səfərlər zamanı iştirakçılar elm, texnologiya, tarix, mədəniyyət və universitet həyatı haqqında yeni biliklər qazandılar. MIT (Massachusetts Institute of Technology) və Harvard kimi nüfuzlu universitetlərin kampusları ilə tanış olmaq, tələbələrlə ünsiyyət qurmaq və fərqli akademik mühiti yaxından görmək onlar üçün motivasiyaedici təcrübə oldu.
Proqramın son günündə iştirakçılar sertifikatlarla təltif olunaraq Amerika Yay Məktəbini uğurla başa vurdular. Marsol Academy olaraq iştirakçılarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayırıq.















Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti